Rixard Vaqner
Mənim həyatım
536
qəsr şəklində cızdığım bu qalanı şəhərin Şeldanın o tayındakı çox mühüm bir
məntəqəsi kimi təsvir etmişdim. Bunun əvəzinə, yerdən qazılmış, ucdantutma
dümdüz səthə malik istehkamla qarşılaşdım. “Loenqrin”in sonrakı quruluşların-
da səhnə tərtibatçısının arxa plandakı uca dağın üstündə qurduğu müdhiş qəsri
görəndə məni gülmək tuturdu.
119
Parisə martın axırında qayıtdım. Öz başabəla işlərim haqqında düşüncələrə
dalmaqdan savayı məşğuliyyətim yox idi: pulum qurtarmış, gələcəyə isə ümidim
qalmamışdı. Bu qayğıların ağırlığı altında öz vəziyyətim özümə qəribə gəlməyə
başlamışdı. Əzablı düşüncələrin məngənəsində olduğumu qətiyyən büruzə
vermədiyim evimdə əsl bəxtəvərlik ab-havası vardı. Ənənəvi çərşənbə məclisləri
getdikcə daha təmtəraqlı şəkil alır, oraya mənim dəstəyimlə uğur qazanmaq sev-
dasına düşmüş qəribə-qəribə əcnəbilər ayaq açırdılar. Sonralar gənc Hans fon
Bronsara ərə gedən xanım İnqeborq Stark bizdəki royalı məftunedici bir incəliklə
dilləndirirdi. Onunla yanaşı Veymardan olan gənc xanım Alina Qund çıxış edir-
di. Yüksək istedada malik gənc fransız musiqiçi Kamill Sen-Sansın bu musiqili
şənliklərdə iştirakı olduqca uğurlu alınırdı. Digər fransız tanışlarım içərisində
cənab FrederikVillomənimüçün xüsusilə dəyərli idi. Luvrunmühafizəkarlarından
olan, qeyri-adi incəliyə və gözəl təhsilə malik bu insanla mən bir dəfə Fləksləndin
gendən-genə münasibət saxladığım musiqi dəllalının köşkündə rastlaşdım. Vil-
lonun “Tristan”ın partiturasını sifariş etdiyini və indi onu xəbər aldığını eşidəndə
çox təəccübləndim. Bizi bir-birimizlə tanış etdilər və oradaca öyrəndim ki, onda
digər operalarımın da partituraları var. Ondan dram əsərlərimdən nə dərəcədə
zövq aldığını soruşdum, çünki alman dilinə bələd olmadan, mətnlə bu qədər sıx
bağlı bir musiqiyə özlüyündə necə, nə kimi yozum verə biləcəyini heç cür anla-
mırdım. Onun iti ağıldan xəbər verən cavabı – bu yolda musiqinin özünün ona
bələdçilik etdiyini söyləməsi məndə bu adama ciddi rəğbət oyatdı. Onunla xoş
duyğular üzərində köklənən münasibətlərimi böyük məmnuniyyətlə davam et-
dirdim. Sonralar opera mətnlərimin tərcümələrinə yazdığım geniş ön sözü, ən la-
yiqli bir şəxs kimi, məhz ona ithaf etdim. Özü bacarmadığına görə partituraları
Villodan ötrü, deyəsən, onun himayə etdiyi, yuxarıda adını çəkdiyim gənc musiqi-
çi Sen-Sans səsləndirirdi. Bu zaman Sen-Sansın məni həqiqətən heyrətə qərq edən
istedad və sənətkarlığının əyani şahidi olmaq imkanı qazandım. Ən mürəkkəb
orkestr partiturasını görünməmiş arxayınlıq və rahatlıqla mənimsəyən bu cavan
oğlanın gözəl də yaddaşı vardı. O mənim, indi sırasına “Tristan” da əlavə edilən,
partituralarımı əzbərdən ifa etməklə kifayətlənmir, onların mühüm və nisbətən