535
Rixard Vaqner
Mənim həyatım
məsrəflər çıxılandan sonra, mənə qalmalıydı. Parisdə uğradığım maddi ziyanın,
heç olmasa, bir hissəsinin əvəzini çıxmaq üçün martın 19-da agentimin müşayiətilə
Belçika paytaxtına yola düşdüm. Onun təkidi ilə müxtəlif qəzetlərin redaktorları,
aralarında Fetis-ata da olmaqla, bəzi belçikalı tanınmışlarla görüşmək lazım gəldi.
Bilirdim ki, illər öncə Meyerber onu mənə qarşı ələ alıb. Özünü son dərəcə yuxa-
rıdan aparan bu adamla disputa bənzər bir söhbətə girişmək indi mənə əyləncəli
gəlirdi: o, axırda qəti şəkildə mənim mövqeyimi qəbul etdi. Burada mən dəyərli
dövlət adamı Klindvortla tanışlığa nail oldum. Əvvəllər, hələ Londonda olduğum
zaman Listdən mənə Klindvortun qızı, yaxud bir çoxlarının dediyinə görə, arvadı
ilə bağlı tövsiyə məktubu gəlmişdi. Ancaq həmin vaxt o, Londona gələsi olmadı və
indi, Brüsseldə ondan qəfil dəvət almağım məni sevindirdi. O mənə münasibətdə
böyük həssaslıq nümayiş etdirirdi. Klindvort özü isə heyrətamiz diplomatik agent
karyerası ilə bağlı, məndən ötrü anlaşılmaz qalan macəralarla başımı qatmağa ça-
lışırdı. Bir neçə dəfə onlarda nahar etdim və bunların birində qraf Kudenqoven
və onun arvadı ilə (mənim köhnə dostlarımdan xanım Kalerqisin qızı imiş) ta-
nış oldum. Cənab Klindvort daim mənə böyük rəğbətlə yanaşırdı və hətta atasıy-
la yaxın dost olduğu knyaz Metternixə mənimlə bağlı tövsiyə məktubu vermək
istəyirdi. Yalnız sonuncu görüşdə aramızda olduqca kəskin bir səhnə yaşandı.
Mən onun əksərən gələcəyə aid “istiqamətverici” öyüdlərini, əslində isə bəsitliyi
ilə məni həddən artıq təəccübləndirən mülahizələrini qıcıqlandırıcı bir tərzdə
rədd edəndə özündən çıxdı. Mənə elə gəldi ki, o, münasibəti tamam pozmağa ha-
zırdır, amma bu qorxduğum güman nə onda, nə də sonralar doğruldu. Bu maraqlı
tanışlığı saymasaq, Brüssel mənə peşmanlıqdan və havayı güc itkisinə yol açan
səbəblərdən başqa heç nə vermədi. Teatrın abunəçiləri üçün yox, kənar publika
üçün keçirilən ilk konsertə xeyli dinləyici gəlmişdi. Ancaq rəhbərliyin hesabla-
dığı və müqavilənin anlamadığım hansısa bəndinə əsasən təkcə mənim üzərimə
yüklədiyi xərclərin məbləği elə böyük çıxdı ki, xalis gəlirdən mənim payıma,
demək olar, heç nə düşmədi. Mənim qazancım ikinci – abunəçilər üçün verilən
konsertdən gəlməliydi. Amma abunəçiləri çıxanda, zaldakıların çox az qismi pul
ödəmişdi, odur ki, bu dəfə də səfərə və Brüsseldə qalmağa (özümlə agentimi və
xidmətçimi də gətirmişdim) çəkdiyim xərcləri ödəyəcək qədər vəsait yığılmadı.
Bu üzdən mən üçüncü konsertdən imtina etmək qərarına gəldim. Klindvortun qızı
xanım Stritin hədiyyə etdiyi büllur Bohemiya güldanını da götürüb, çox da xoş
olmayan bir ovqatda geriyə – Parisə qayıtdım. Belçikada keçən müddətin mənə
az-çox maraqlı gələn hissəsi Antverpenə səfərim oldu. İxtiyarımdakı məhdud vax-
tı sənət incilərilə tanışlığa sərf etmək istəmirdim, ona görə də, gözlədiyimdən xeyli
az sayda tarixi abidə gördüyüm bu şəhəri sadəcə ötəri seyr etməklə kifayətləndim.
Ancaq məşhur qala divarlarını görəndə duyduğum məyusluq ovqatımı tamam
alt-üst etdi. “Loenqrin”in birinci pərdəsində mən eskizini qədim, möhkəm bir