Rixard Vaqner
Mənim həyatım
534
Beləcə, saraya bağlı bu idarə ilə birbaşa təmaslardan bir nəticə hasil olma-
yacağını düşünürdük ki, xoş bir səhərçağı qraf Hatsfeldin gətirdiyi gözlənilməz
xəbərə mat qaldım: ötən axşam imperator “Tanhauzer”in tamaşaya qoyulmasını
əmr edib. Bu işə həlledici təkan knyaginya Metternixdən gəlmişdi. O, imperatoru
əhatəyə almış şəxslərə yaxınlaşdıqda orada məhz məndən söhbət gedirmiş. Onun
fikrini soruşanda knyaginya “Tanhauzer”in Drezdendə baxdığı tamaşası haqqın-
da elə maraqlı tərzdə, elə vəcdlə danışıb ki, imperator əsərin tamaşaya qoyulma-
sını əmr edəcəyi barədə elə oradaca söz verib. Doğrudur, imperatorun əmrini elə
həmin axşam alan Fuld bərk hiddətlənib. Ancaq Napoleon bu məsələnin artıq həll
olunduğunu, knyaginya Metternixə verdiyi sözü geri götürməyəcəyini bildirib.
Yenidən Bakçiokinin yanına dəvət olundum, o məni çox ciddi görkəmdə
qarşılasa da, elə ilk sözüylə – operamın süjet xətti barədə verdiyi qəribə sualla
təccübləndirdi. Mən bunu bir neçə kəlməylə ona çatdırmalı idim. Sözümü tamam-
layanda, rahatca köks ötürdü: “Ah! Siz hələ indiyədək səhnədə çıxış etməmisiniz?
Yaxşı, belə! Bizə məlumat verilib ki, Siz Müqəddəs Atanı ziyarət etmisiniz, bu isə,
bilirsiniz, əsla əhəmiyyətsiz sayıla bilməz. Bundan əlavə, cənab, bizə məlumdur
ki, Sizin dahiyanə istedadınız var: İmperator Sizin operanızı tamaşaya qoymağı
əmr edib!” .
O bu iş üçün tələb olunan nə varsa, mənim sərəncamıma veriləcəyini və bü-
tün istəklərimin yerinə yetiriləcəyini bildirərək əlavə etdi ki, bundan sonra birbaşa
direktor Roye ilə əlaqə saxlamalıyam.
Bütün bunlar məni müəyyən qədər tərəddüdə saldı. İçimdən bir səs deyirdi
ki, vəziyyətin dəyişməsinə görə hansısa qəribə anlaşılmazlığa borcluyam. İstənilən
halda, mən əsərimi seçmə bir alman truppasının ifasında tamaşaya qoymaqla bağ-
lı əvvəlki planımı gerçəkləşdirməyə ümidimi itirmişdim və özlüyümdə dəqiq bi-
lirdim ki, indiki halda uğur qazanmağım yalnız xoş bir təsadüf sayəsində müm-
kün ola bilər. Direktor Roye ilə bir neçə görüş mənə həvalə olunan yeni tədbirin
mahiyyətini aydınlaşdırmağım üçün kifayət etdi. O məni, hər necə olursa olsun,
guya ikinci pərdədə baletdən ibarət geniş bir hissəyə ehtiyac duyulduğuna, buna
yol açmaq üçün də orada müəyyən dəyişiklik etməyin zəruriliyinə inandırma-
lı idi. Mən direktorun bu təklifinə cavab verməkdən yayındım. Evə qayıdarkən
özüm-özümdən soruşurdum ki, görəsən, “Tanhauzer”in Böyük Operada tamaşa-
ya qoyulmasına qarşı çıxmaq qərarına gəlsəm, nə etməliyəm?
118
Eyni zamanda bilavasitə vəziyyətimlə bağlı başqa məsələlər davamlı diqqət
istəyir və mənim bütün enerjimi alırdı. İlk növbədə, Ciakomellinin başladığı
tədbiri axıra çatdırıb konsertlərimi Brüsseldə təkrarlamağa qərar verdim. Oradakı
Theatre de la Monnaie
ilə üç konsertlik razılaşma əldə olunmuşdu, gəlirin yarısı,