533
Rixard Vaqner
Mənim həyatım
evimin qapısına atlı bir əsgər yaxınlaşdı, atından enib zəngi çaldı, təəccüb içində
qapıya çıxan xidmətçiyə Manyanın məktubunu verdi: məktubda o məni yanına
dəvət edirdi. Paris hərbi komendantlığında məni çox ciddi görkəmli bir hərbçi
qarşıladı. O, çox səviyyəli söhbət etdi, musiqimdən zövq aldığını bildirdi, impera-
tordan dəstək almaq uğrunda hədər gedən cəhdlərim barədə, bu məsələdə Fuld-
dan şübhələnməyimlə bağlı dediklərimi saxtalıqdan uzaq bir diqqətlə dinlədi.
Sonradan xəbər tutdum ki, o elə həmin axşam Tüilri sarayında Fulddan bununla
əlaqədar aydın izahat verməsini tələb edib.
117
Hər halda, o vaxtdan etibarən işlərimdə nəsə yeni bir hərəkətlənmənin aşkar
əlamətlərini sezməyə başlamışdım, buna söz ola bilməzdi. Ancaq qəti dönüş heç
gözləmədiyim tərəfdən, mənim xeyrimə olan bir təsirin ortaya çıxması nəticəsində
baş verdi. Öz səfərini mənə görə, bütün bunların nə ilə bitəcəyini öyrənmək üçün
elə hey təxirə salan Bülov o zamankı Prussiya valisinin xanımı adından Parisə, səfir
qraf Purtalesə tövsiyyəməktubları gətirmişdi. Ammaməni qəbul etmək arzusunda
olduğunu bu cənabın öz dilindən eşitmək istəyi boşa çıxmışdı. O zaman Bülov bu
tanışlığa şərait yaratmaq üçün belə bir tədbirə əl atdı: Prussiya səfirini onun atta-
şesi qraf Pol Hatsfeldlə birlikdə möhtəşəm “
Vachette
restoranında səhər yeməyinə
dəvət etdi: mən də onunla bərabər getməli idim. Bu görüşün nəticələri ümidləri
tamamilə doğrultdu. Xüsusən də, qraf Purtalesin sadəliyindən, söhbətlərinin və
mənimlə rəftarının gerçək səmimiliyindən məmnun qaldım. O gündən qraf Hats-
feld mənimlə görüşməyə, çərşənbə günləri evimdə keçirilən məclislərə qatılmağa
başladı. Nəhayət, o, sarayda özünü göstərən, mənim xeyrimə olan hərəkətlənmə
barədə şad xəbər gətirdi. Sonra isə məni onunla birgə imperatorun baş müşaviri
qraf Bakçiokinin yanına getməyə dəvət etdi. İmperatora ünvanladığım xahişə ilk
reaksiyanı mən yalnız burada eşitdim: məndən Böyük Operada konsert vermək
istəyim üzərində nə üçün bu qədər israr etdiyimi xəbər aldılar. Dedilər, bəlkə
direktor Alfons Roye ilə Paris üçün münasib bir kompozisiya barədə danışmağı
təklif etməyim daha yaxşı olardı. Mən bu haqda eşitmək belə istəmirdim, ona görə
də qraf Bakçioki ilə bir neçə görüşümüz nəticəsiz qaldı. Ancaq bu görüşlərin birinə
Bülovla bərabər getmişdim. Onda biz Belloninin cavanlıqdan, o hələ Milandakı
Scala
teatrında bilet nəzarətçisi vəzifəsini icra etdiyi vaxtlardan tanıdığı bu qra-
fın üzərində bəzi gülməli müşahidələr apardıq: xırdaca bir zəncirlə oynayır, onu
tez-tez bədəninə toxundurub geri çəkməklə əlindəki – hansısa dilxor fiziki qüsu-
run nəticəsi olan - ixtiyarsız titrəmələri gizlətməyə çalışırdı.