Rixard Vaqner
Mənim həyatım
532
116
Narahatlıqlarla dolu belə bir məqamda Rixard Veyland adlı bir Drezden sa-
kininin hörmət əlaməti kimi göndərdiyi hədiyyə məni həm təccübləndirdi, həm
də təsirləndirdi. Bu, gümüşdən, çox incəliklə işlənmiş, dövrəsində dəfnə yarpaq-
larının təsviri olan not vərəqi idi. Onun üzərində, “Reyn qızılı” və “Tristan” da
daxil olmaqla, bütün operalarımın əsas motivlərinin ilk notları həkk edilmişdi. O
sadə insan sonralar mənimlə görüşməyə gəlmiş və operalarımın tamaşaya qoyul-
duğu bütün şəhərlərdə olduğunu bildirmişdi. “Tanhauzer”in Praqadakı tamaşa-
sı ilə bağlı xatırlayırdı ki, orada uvertüranın ifası düz iyirmi dəqiqə davam edib,
Drezdendə isə öz rəhbərliyim altında həmin hissə 12 dəqiqə çəkmişdi.
Rossini ilə tanışlıq da mənə çox xoş, amma bir qədər fərqli qəbildən olan
təəssürat bağışladı. Zirək qəzetçilərdən biri onun adına bir zarafat qoşmuşdu. Guya
bir dəfə nahar vaxtı Rossini özünü mənim musiqimin təəssübkeşi elan edən dostu
Karaffa qulaq asa-asa ona soussuz balıq uzadıb, bununla da demək istəyib ki, ba-
yaqdan o, melodiyasız musiqidən dəm vurur. Rossini bununla bağlı açıq məktub
yazaraq, ciddi və aydın şəkildə etirazını bildirib, orada qeyd edib ki, adının hal-
landırıldığı bu zarafat ədəbsizlikdir və şəxsən özünün də fəaliyyət göstərdiyi bir
incəsənət sahəsinin hüdudlarını genişləndirməyə can atan insan haqqında bu cür
zarafatlar etməyə onun vicdanı qətiyyən yol verməz. Bunu biləndə Rossiniyə baş
çəkməyə getdim və o məni çox mehriban qarşıladı. Sonralar bəstəkar haqqında
xatirələrimi qələmə aldığım məqalədə bu görüşümüzə də yer verdim.
Köhnə tanışım Qalevinin musiqiyə dair mübahisələrdə mənim tərəfimi tut-
mağına da xeyli sevindim. Onunla görüşümüz və söhbətimiz haqqında mən hələ
əvvəldə, hadisələrin gedişini qabaqlayaraq, söz açmışdım.
Ancaqmənə xoş təsir göstərən, əhvalımı yaxşılaşdıran bütün bu görüşlərdən,
tanışlıqlardan bir şey çıxmırdı. Vəziyyətimin düzələcəyinə ümid yeri görün-
mürdü. İmperator Napoleona yazdığım xahiş məktubuna cavab veriləcəkmi,
konsertlərimin təkrar keçirilməsi üçün Böyük Operanın imkanlarından istifadəyə
nail ola biləcəyəmmi – bütün bunlarla əlaqədar qeyri-müəyyən vəziyyət hökm sü-
rürdü. Yalnız bu halda, ortaya başqa bir əngəl çıxmasa, getdikcə daha çox ehtiyac
duyduğum gəlirlərə ümid bağlaya bilərdim. Heç şübhəsiz, nazir Fuld mənim im-
peratorun ətrafındakı ən qatı əleyhdarım idi. Marşal Manyanın hər üç konsertimə
gəldiyi barədə eşitdiyim xəbər əvvəlcə məni hər nə qədər təəccübləndirmiş
olsa da, indi buna əsaslanaraq, həmin şəxsin nüfuzundan müəyyən qədər öz
xeyrimə yararlanmağa ümidlənmişdim: imperatoru marşala, xüsusən “2 dekabr”
məsələsindən bəri, minnətdarlıq telləri bağlayırdı. İyrənc məxluq saydığım Fuld-
dan heç bir mərhəmət gözləmədən, marşala müraciət etdim. Gözəl bir gündə