531
Rixard Vaqner
Mənim həyatım
diyini bildirməsi Londondakı söhbətimizlə bağlı xoşagəlməz xatirəni ortadan
qaldırdı. Mövzunu dərindən öyrənəndən sonra Malvida onun dünyanı səadətə
qovuşdurmağın mümkünlüyü barədə qətiyyətlə dilə gətirdiyi mülahizələrin öz
bayağılığı ilə məni nə qədər bezdirdiyini anlamışdı. İndi isə o özünü mənim alov-
lu tərəfdarım adlandırır və buna görə də bir dost kimi mənə yüksək səviyyədə
qayğı göstərməyi borc bilirdi. Ədəb-ərkana uyğun olaraq, onun arvadımla sıx
ünsiyyət qurmasına çalışırdım. Evliliyin yalnız zahiri cəhətlərini özündə daşıyan
ailə həyatımızın alt qatındakı narahatlıq Malvidanın diqqətindən yayınmamışdı
və bunun fəsadlarını mümkün qədər yumşaltmağa can atırdı. Səmərəsiz tədbirlər
və maddi imkansızlıq üzündən Parisdə düşdüyüm vəziyyətin çətinliyi də tezliklə
ona hərtərəfli aydın oldu. Üç konsertə görə çox böyük ziyana düşməyim onsuz da
mənimlə maraqlananların hər birinə məlum idi. Malvida vəziyyətimin ağırlığını,
etdiyim fədakarlığın müqabilində məni sevindirəcək hansısa xoş bir səbəb olma-
dığını anlayırdı. Özlüyündə mənə köməklik göstərməyi borc bilmiş, bu məqsədlə
də məni varlı ingilis tacirinin dul arvadı olan, xanım Şvabe adlandırdığı bir qadın-
la tanış etmişdi: Malvida onun böyük qızının mürəbbiyəsi idi.
Bu tanışlığın xoşagəlməz tərəfləri Malvidaya aydın idi, onları məndən də
gizlətmədi, ancaq yenə də dostum ümidvardı idi ki, o vulqar qadının xeyirxah-
lıq damarı tutacaq, şöhrətpərəstlik hissi onu mənim evimə dəvət almağın əvəzini
müəyyən bir minnətdarlıqla ödəməyə sövq edəcək. Mənim dolanışıq imkanlarım
həqiqətən tükənmək üzrəydi. Buna rəğmən, konsertlərdən ziyana düşdüyümə
görə Parisdəki almanların pul yığıb məni mükafatlandırmaq istədiklərini eşidəndə
duyduğum ikrah hissi məni özümdə güc tapıb vəziyyətimin ağırlığını danmağa
vadar etdi. Dərhal bildirdim ki, imkansızlığım barədə deyilənlər yalandır, şayiədir
və bu yöndə atılacaq istənilən addımı rədd etməli olacağam. Amma mənim
evimdəki məclislərə davamlı olaraq qatılan və hər dəfə də yuxulayan xanım Şva-
be, musiqi parçalarının ifası əsnasında, qayğıkeş Meyzenbuq vasitəsilə mənə öz
yardımını təklif etdi. Təxmini məbləği 3 min frank olan bu pula mənim indi çox
böyük ehtiyacım vardı. Bu pulu hədiyyə kimi götürmək istəmədiyim üçün mən
xanım Şvabeyə – o əsla tələb etməsə də, könüllü olaraq birillik veksel verdim. O
da bu təklifimə – borcunu ödənməsini sığortalamaq yox, məni yola vermək üçün
razı oldu. Vədə sona çatanda öhdəliyimi yerinə yetirməyə imkanım olmadı-
ğından, həmin vaxt Parisdə qalan Meyzenbuqdan xahiş etdim ki, xaricə getmiş
xanım Şvabe ilə yazışıb, vekselin yenilənməsi məsələsinə əncam çəksin. Meyzen-
buq tamamilə ciddi şəkildə bildirdi ki, buna görə fikir çəkməyimə dəyməz, çün-
ki lap əvvəldən xanım Şvabenin nəzərində həmin məbləğ onun mənim Parisdəki
tədbirlərimə – gerçək maraqla yanaşı, şöhrətpərəstlik hissindən də irəli gələn – kö-
nüllü yardım cəhdindən başqa bir şey deyil. Bu işin əsli sonralar ortaya çıxacaqdı.