Rixard Vaqner
Mənim həyatım
530
siyyatı, “Loenqrin” və “Tanhauzer” barədə təsirli məqalələr yazmış Listi çıxmaq-
la, heç kəsdə duymamışdım. Bu hissiyyat parlaq və cəlbedici kəlmələrlə ifadə
olunmuşdu. Şanfleri ilə sonraya təsadüf edən şəxsi tanışlığımız zamanı mən onun
şəxsində, indilərdə az-az rast gəlinən, çox sadə, rahat xasiyyətli bir adam gördüm.
O, artıq qəhətə çəkilməkdə olan fransızlardan idi.
115
Şair Bodlerlə ünsiyyətimiz xüsusilə diqqətəlayiqdir. Tanışlığımız onun
mənə yazdığı bir məktubla başladı. Bodler musiqimdən aldığı təəssüratı ifadə
etmişdi: o özünün, səsdən daha çox, rəng duyumuna malik olduğunu düşünür-
dü. Bu mövzuya aid, son dərəcə orijinal fantaziyaya, şüurlu cəsarətə söykənən
fikirlərindən onun qeyri-adi mənəvi aləmə malik bir insan olduğunu dərhal anla-
dım. Öz duyğularını heyrətamiz bir qüdrətlə araşdırıb nizama düzür və onlardan
tamamilə ağlagəlməz nəticələr hasil edirdi. İmzasının yanında ünvanını yazma-
mışdı: bildirdiyinə görə, məktubunu “işlərimə burnunu soxmaq cəhdi” kimi qar-
şılamayım deyə, belə edibmiş. Sözsüz ki, onu axtarıb tapdım, görüşdük və Bodler
o vaxtdan etibarən hər həftə, axşamlar evimə dəvət etdiyim ən yaxın tanışlarımın
sırasında öz yerini aldı. Bu görüşləri çərşənbə günü üçün nəzərdə tutmuşdum.
Bunu mənə, aralarında dönməz sədaqətilə seçilən Qasperinin də olduğu, paris-
li tanışlarım məsləhət görmüşdülər, deyirdilər ki, bu, yerli ənənələrə uyğundur.
Beləliklə,
rue Newton
dakı balaca evim, dəbə uyğun olaraq, əsl “salon”a çevrildi
və bu, Minna üçün öz gələcəyi baxımından fərəhli bir hal idi, hərçənd ki, fransız
dilində yalnız qırıq-qırıq cümlələr söyləyə bilirdi. Ollivyegilin də bir dost kimi
ayaq açdıqları bu “salon” getdikcə daha çox adamı özünə cəlb edirdi. Bir gün
köhnə tanışım Malvida Meyzenbuq da buraya gəlib çıxdı və o gündən ömürlük
yaxın dostuma çevrildi. Biz ancaq bircə yol – mən 1855-ci ildə Londonda olan-
da üzbəüz görüşmüşdük. Amma buna qədər o mənə məktub yazıb, “Gələcəyin
incəsənəti” kitabımla bağlı coşqun hisslər ifadə etmişdi. O zaman, Londonda Alt-
hauzlar ailəsilə birgə keçirdiyimiz axşam Malvida insan nəslinin mükəmməlliyə
qovuşdurulmasına dair arzu və amallarla nəfəs alırdı; həmin istək vaxtilə mənim
də ali məramım idi, ancaq Şopenhauerin təsiri ilə dünyanın sonsuz faciəviliyini və
puç mahiyyətini anlayandan sonra az qala diksinərək ondan uzaqlaşdım. Bu qay-
nar təbiətli tanışımla mübahisə zamanı düzgün başa düşülməməyim və hardasa
nəcib bir ideyaya dönük çıxmış kimi görünməyim qanımı qaraltmışdı. Biz onda
bir-birimizdən çox narazı ayrılmışdıq. Odur ki, indi Malvidanı Parisdə görəndə
az qala qorxdum. Ancaq həmin mübahisəmizin ondan ötrü həlledici nəticələr
doğurduğunu, onu yubanmadan Şopenhauerin fəlsəfəsilə tanış olmağa sövq et-