529
Rixard Vaqner
Mənim həyatım
həvəsləndirəcək. Amma Lüsi birinci konsertdə olmamışdı, ikincinin ortalarında
gəlib çıxmışdısa da, ifa vaxtı eləcə yuxulamışdı. Üçüncü konsert üçün zəruri olan
bir neçə min frank borc istəyi ilə ona müraciət ediləndə, görünür, bu məbləği
verməklə özünü bizim sonrakı xahişlərimizdən sığortalamağı məqsədəuyğun bil-
mişdi. Söz yox ki, mənim planlarıma qoşulmamasından bəlli bir məmnuniyyət
duyurdu. Üçüncü konsert özümə də səmərəsiz görünsə belə, hər halda, o mənə
həm musiqiçilərin ifası, həm də publikanın yüksək rəğbəti baxımından böyük
fərəh hissi yaşatdı.
Musiqimin ayrı-ayrı şəxslərdə misilsiz təəssürat oyatmasının sevinci
konsertlərin maddi uğursuzluğundan doğan peşmanlığımı üstələyirdi.
Heç şübhəsiz, müstəsna dərəcədə diqqət mərkəzinə çevrilmişdim və bu, bir
yandanbilavasitəbəlli təəssüratın,digər tərəfdən,dolayısı ilə,mətbuatınmünasibəti
sayəsində mümkün olmuşdu. Heç bir qəzetə dəvətnamə göndərməməyim
heyrətamiz cəsarət nümunəsi kimi qəbul olunmuşdu. Rəylərin məzmunu ehti-
mallarımı doğrultmuşdu. Bircə ona heyfslənirdim ki, birinci konsertin sonunda
dərin həyəcan içində mənə yaxınlaşıb minnətdarlıq edən Frank-Mari kimi adam-
lar da həmkar təəssübkeşliyinə sözsüz tabe olmağı özlərinə borc bilmişdilər. Onlar
özlərinin mənə qarşı rəğbətini inkar edəcək səviyyəyə enmişdilər. Ancaq Berlio-
zun “
Journal des Debats
dakı məqaləsi həqiqi mənada məyusluq doğuraraq, hamı-
nın diqqətini çəkdi. Məqalədə onun əvvəlcə üstüörtülü, dolayı ifadələrlə təzahür
tapan niyyəti sona doğru açıq-aşkar məkrli iftira kimi üzə çıxmışdı. Köhnə dostu-
mun mənə münasibətdə bu çirkin davranışına qarşı susmamağı qərara aldım, yaz-
dığım cavab məktubunu, fransızcaya mükəmməl səviyyədə çevirtdirərək, “
Journal
des Debats
da çap etdirdim. Bu məktub konsertimin müsbət təsir bağışladığı hər
kəsdə mənə hədsiz rəğbət oyatmışdı. “
Opera comique
nin keçmiş direktoru, hazır-
da imkanlı iş adamı və rəssam olan, sonralar isə Böyük Operaya rəhbərlik edəcək
Perren adlı bir şəxs o arada yanıma gəldi. Perren “Loenqrin”i və “Tanhauzer”i
Almaniyada dinləmişdi və öz heyranlığını elə bir tərzdə dilə gətirdi, mən istər-
istəməz düşündüm ki, əlinə münasib fürsət düşsə, həmin əsərləri Fransada təbliğ
etməkdən şərəf hissi duyar. Operalarıma Almaniyadakı tamaşaları sayəsində
bələd olan qraf Fuşe de Karyellə də aramızda çox yaxşı, davamlı münasibət yaran-
dı. O, alman fəlsəfəsinə dair tədqiqatların, əsasən də Leybnisin nəşri ilə tanınırdı.
Məndən ötrü, bu adamın timsalında, fransız ziyalılığının tanımadığım kəsimi ilə
qarşılıqlı hörmət əsasında ünsiyyət qurmaqmüəyyənmaraq kəsb etməyə bilməzdi.
Həmin vaxtlar ortaya çıxan bəzi ötəri tanışlıqlarımın üzərində ayrıca da-
yanmaq istəmirəm. Onların arasında bir nəfər rus – qraf Tolstoy xüsusilə seçi-
lirdi. Amma yazıçı Şanflerinin məndən və konserlərimdən bəhs edən maraqlı,
diqqətəlayiq broşürünün yaratdığı xoş təəssüratı qeyd etməyə bilmərəm. Onun
yığcam aforizmlərlə ifadə etdiyi, musiqim və hətta şəxsiyyətimlə bağlı güclü his-