Rixard Vaqner
Mənim həyatım
528
hətta hərarətlə qarşıladı. Bir ifa – “Tanhauzer”in marşı coşqun alqışlarla kəsildi:
haqqında bu qədər ziddiyyətli söhbətlər gedən musiqinin əslində son dərəcə
ahəngdar melodiyalardan ibarət olmasının bu cür əyani təzahürü publikanı çox
sevindirmişdi.
Həm ifa, həm də publikanın münasibəti baxımından tamamilə məmnunluq
doğuran konsertdən sonrakı günlər ərzində mətbuatdakı əks-sədalar üzündən
fərqli duyğular yaşadım. Məlum olmuşdu ki, Belloni haqlı imiş, mətbuat
nümayəndələrinə, yenə də onun öz ehtimalları əsasında, dəvətnamələr
göndərilməməsi yalnız əleyhdarlarımızın hikkəsini artırmağa yarayıb. Ancaq
bu tədbir rəyçilərin mədhiyyələrinə yox, imkanlı tanışlarımızda maraq oyatma-
ğa hesablanmışdı, odur ki, hansısa “cənablar”ın özündən çıxması tamam başqa
bir tərəfdə özünü büruzə verən sevindirici halların kölgəsində itib-batırdı. Məni
narahat edən əsas cəhət isə bu idi ki, zal bütünlüklə dolu göründüyü halda,
əlimizə cəmi 5-6 min frank gəlmişdi. Halbuki, məsrəflərimiz 11 mini keçmişdi.
Əlbəttə, ikinci konsert bir elə böyük xərc tələb etmirdi, ona görə də əgər növbəti
dəfə yüksək məbləğ yığılsa, itkinin yerini doldurmaq olardı. Ancaq Belloni ilə Ci-
akomelli tərədüdə qapılmışdılar. Onlar bir məqamı – fransızların konsert janrını
xoşlamadıqlarını mütləq diqqətə almağı vacib sayırdılar: fransızları cəlb etmək
üçün dramatik elementlər – geyimlər, dekorasiyalar, balet səhnələri tələb olu-
nur. Fevralın 1-nə təyin edilmiş ikinci konsertə bilet satışı o qədər kasad oldu ki,
ad-sanıma layiq alınsın deyə, agentlərim zala başqa vasitələrlə adam cəlb etmək
məcburiyyətində qaldılar. Mən onların belə məsələlərdə sərbəst davranmağına
icazə verməli olmuşdum. Sonradan, onların fəaliyyəti hesabına, belə bir yüksək
təbəqəyə aid teatrda qabaq sıraların tamam tutulduğunu görəndə təəccübləndim:
bu, hamını, hətta bədxahlarımı da çaşdırmışdı. Bu konsertdən gələn qazanc 2 min
frankdan bir az artıq oldu və artıq bundan o yanası, fevralın 8-nə təyin olunan
konsertin ləğv edilməməsi mənim inadkarlığımdan, yoluma çıxan çətinliklərə
nifrətimdən asılı idi.
114
Şottun verdiyi, bir hissəsini evin ehtiyaclarına sərf elədiyim qonorarın axırı-
na çıxmışdım, yeni subsidiya mənbəyi axtarmalıydım. Onu, ciddi cəhdlərdən son-
ra - Qasperinin vasitəçiliyi ilə - məhz bu tədbirlərlə diqqətini çəkmək istədiyimiz
adamdan ala bildik. Həmin adam, artıq bir dəfə adını çəkdiyim, Marselin baş
ianətoplayanı Lüsi idi: o, konsertlərim keçirilən müddətdə Parisə gəlməliydi. Dos-
tum Qasperini belə zənn edirdi ki, Paris publikasının bizə rəğbəti Lüsini bura-
da alman operası yaratmaq layihəmizin maliyyə tərəfini öz üzərinə götürməyə