527
Rixard Vaqner
Mənim həyatım
ifaçılıq məsələlərindən daha çox, tədbirlərin təşkilində mənə güclü dəstək vermək
üçün gəlib. O, Listin anasının yanında qalır, ancaq günün çox hissəsini mənimlə
keçirirdi, köməyinə ehtiyac duyduğum hər məqamda yanımda olurdu, məsələn,
notların surətlərinin hazırlanması bu cür işlərdən biri idi. Əlindən gələn qədər
mənə köməklik göstərirdi. Ancaq ilk növbədə, ötən il arvadı ilə birgə Parisdə olan-
da burada yaratdığı geniş əlaqələrdən mənim tədbirlərimin uğurlu alınması üçün
istifadə etməyi qarşısına məqsəd qoymuşdu. Onun bu yöndəki cəhdləri sonradan
öz bəhrəsini verəcəkdi. Hələlik isə, Hans mənə bilavasitə konsertlərin təşkilində,
artıq başlanmış olan məşqlərin keçirilməsində yardım edirdi.
113
Bu məşqlərin birincisi Hertsin salonunda keçirildi. Həmin məşq zamanı
musiqiçilərdə mənə qarşı açıq qiyama bənzəyən güclü etiraz dalğası baş qaldır-
dı. Bütün məşq boyu, vacib bildiyim, güzəştə getmək istəmədiyim bəzi cəhətlər
üzündən mübahisə düşürdü, onları tutarlı mülahizələrlə yola gətirməyə çalışır-
dım. Onları ən çox acıqlandıran mənim sxem üzrə səkkizin altıya olan ölçünü dör-
dün dördə olanla qarşılaşdırmağım idi, odur ki, səs-küy salıb, bunu alla breve
taktının sxemi üzərində qurmağın vacibliyini bildirdilər. Onları qəti şəkildə hər bir
orkestr üçün zəruri olan nizam-intizama çağıranda isə dedilər ki, burdakılar Prus-
siya əsgərləri deyil, azad insanlardır. Əsas çatışmazlıqlardan birinin orkestrin düz-
gün yerləşməməsində olduğunu görüb, ikinci məşq üçün yeni plan düşündüm.
Dostlarımla məsləhətləşəndən sonra, məşqə səhər tezdən gəldim, pultları ağlaba-
tan bir şəkildə düzdürdüm, ardınca da ifaçılar üçün bolluca səhər yeməyi sifariş
verib, məşqdən əvvəl onları yeməyə dəvət etdim. Onlara dedim ki, konsertlərimin
taleyinin bugünkü toplantının gedişindən asılıdır və əsas məsələdə eyni mövqeyə
gəlməyincə, buradan getmək yoxdur. Buna görə də ikisaatlıq məşqdən sonra yan
salonda əlüstü yemək yeyib, ardından məşqi yenidən təkrarlamağı xahiş etdim.
Bu məşq üçün ayrıca zəhməthaqqı verəcəyimi söylədim. Təklifim səmərə verdi.
Orkestrin düzgün yerləşdirilməsi əhval-ruhiyyəni yüksəltdi, “Loenqrin”in uver-
türasından alınan təəssürat isə o qədər gözəl oldu ki, onları vəcdə gətirdi. Elə ilk
məşqin sonundaca hamı – musiqiçilərdən tutmuş, aralarında Qasperininin də ol-
duğu dinləyicilərə qədər hər kəs musiqimin son dərəcə böyük təsiri altında idi.
Bu ovqat italyan operasının səhnəsində keçirilən baş məşqə də öz müsbət təsirini
göstərdi. Bu arada naşı truba ifaçısını ağır sözlərlə orkestrdən kənarlaşdırmağım
aradakı yoldaşlıq ruhuna zərrə qədər də xələl gətirmədi.
Nəhayət, 25 yanvar 1860-cı ildə ilk konsert baş tutdu. Publika, “Tristan və
İzolda”ya qədər ayrı-ayrı operalarımdan parçalar daxil edilmiş proqramı rəğbətlə,