Rixard Vaqner
Mənim həyatım
526
112
1860-
cı ilin gəlişi ilə işlərimdə qəfil bir dönüş yarandı, tədbirlərim üçün yeni
uğurlu yollar açıldı. Vyana kapelmeysteri Esser, maynlı naşir Şottun yeni operamı
əldə etmək istəyini mənə çatdırdı. Mən hələlik yalnız “Reyn qızılı”nı təklif edə
bilərdim. Ancaq Nibelunqlar haqqında trilogiyanın proloqu kimi düşünülmüş
bu əsərin fərqli strukturu onu, əlavə izahatlar olmadan, birbaşa “opera”qismində
təqdim etməyə imkan vermirdi. Bununla belə, Şottun öz kataloquna mənim han-
sısa yeni əsərimi daxil etmək istəyi elə güclüydü ki, bütün tərəddüdləri kənara
qoyaraq, bu əsəri 10 min frank müqabilində ona verməyə razılaşdım, özü də nəşrlə
bağlı ortaya çıxa biləcək çətinlikləri gizlətmədim. Sonrakı üç əsas hissəni də, hər
birini eyni qiymətdən ona verəcəyimi vəd etdim. Elə o məqamda qərara aldım ki,
əgər Şott şərtlərimlə razılaşsa, bu gözlənilməz qazancı Parisdəki tədbirlərə sərf
edim. İmperator kabinetinin israrlı sükutundan təngə gələrək, agentlərimə cənab
Kalsado ilə italyan operasının binasının üç konsertlik kirayə haqqı məsələsini qəti
şəkildə razılaşdırmağı, orkestri və solistləri toplamağı tapşırdım. Bu işlər tam
sürətlə yoluna düşdükcə bu dəfə məni Şottun cavabının uzun müddət ləngiməsi
narahat etməyə başladı. Onu əldən buraxmamaq üçün Frankfurtdakı musiqi di-
rektoru Şmidtə Şott ilə mənim ciddi güzəştlərim əsasında danışıqları davam
etdirmək barədə yazılı təlimat göndərdim. Məktubu təzəcə yola salmışdım ki, Şot-
tun əvvəlki şərtlərimi qəbul etməsi haqqında xəbər gəlib yetişdi. Dərhal Şmidtə
teleqram vurub, ona yenicə verdiyim səlahiyyətləri geri almalı oldum.
Konsert hazırlıqlarına böyük həvəslə başladıq, bu mənim bütün enerjimi
əlimdən alırdı. Xor məsələsi həl olunmalı idi və mən italyan operasının baha-
lı xorunu Emant adlı birinin rəhbərlik etdiyi alman ifaçılar dərnəyinin hesabına
gücləndirməyə qərar verdim. Dərnəyin rəğbətini qazanmaq üçün bir axşam “
rue
du Temple
cəmiyyətinin binasında onlara baş çəkdim, üzümə şən bir ifadə verib,
pivə buxarı, papiros tüstüsü içində alman burjuaziyasına xas sənət zövqündən do-
ğan “vəhy”ləri dinləmək əzabına qatlaşdım. Bundan başqa, fransız xalq nəğmələri
dərnəyində müəllim və bədii rəhbər olan, “
Ecole de medecine
də mühazirələr
dinləmiş Şeve ilə də təmas qurdum. O mənə özünün notsuz oxumaqla bağlı meto-
du əsasında fransız xalq ruhunun yenidən dirçələcəyinə ümid edən çılğın həvəskar
təsiri bağışladı. Üzləşdiyim ən arzuolunmaz əngəl isə fraqmentlərin ifası üçün
seçilən orkestr səslərinin böyük qismini yenidən işləmək zərurəti oldu. Ordan-
burdan tapıb dəvət etdiyim yoxsul alman ifaçılar səhərdən axşama qədər yanımda
oturub, rəhbərliyim və nəzarətim altında bu çətin işi yerinə yetirirdilər. Həllinə
böyük həvəslə girişdiyim bu işlər əsnasında uzun bir müddət üçün Parisə səfər
edən Hans fon Bülov gəlib məni tapdı: sonradan məlum oldu ki, o buraya konsert-