525
Rixard Vaqner
Mənim həyatım
etməliydim, bu barədə xanım Herolddan məsləhət istədim. O mənə münasib bir
adamı nişan verdi. Minna gələnə yaxın özümə ayrıca bir xidmətçi tutdum. Əslən
Vallisdən olan, əvvəllər Papa leyb-qvardiyasında xidmət etmiş bu səfeh oğlan
tezliklə mənə möhkəmcə isinişdi.
111
Bu heyətə Minnanın noyabrın 17-də özüylə gətirdiyi əvvəlki aşpazı da qatıl-
dı. Vağzalda Minnanı həm də öz tutuquşusu və Fips adlı itiylə birgə gördüm, bu
mənə Rorşaxdakı göl qırağında on il qabaqkı görüşümüzü xatırlatdı. Elə o vaxt-
kı kimi Minna yenə də mənə eyham vurdu ki, bura ehtiyac üzündən gəlməyib,
əgər onunla nalayiq rəftar etsəm, qayıdıb hara gedəcəyini bilir. Hər halda, onun
xeyli dəyişildiyini sezməmiş deyildim. Etiraf etdi ki, yenicə qulluğa düzələn, təzə
yerində qalıb-qala bilməyəcəyinə əmin olmayan adamın keçirdiyi qorxu və na-
rahatlıq içindədir. Öz vəziyyətimdən danışıb onun fikrini dağıtmağa, əhvalına
şərik olduğumu göstərməyə çalışdım. Təəssüf ki, bütün bunlara zərrə qədər ma-
raq, həssaslıq göstərmədi, bütün diqqətini evimizin səliqə-sahmanına yönəltdi.
Özümə xidmətçi tutmağıma istehzalı yanaşdı, ancaq biləndə ki, guya kamer-yunq-
fer qismində, mənim anladığım qədər, əslində onun özünə çox gərəkli saydığım
üçün, bir qulluqçu qadın tutmuşam, hirslənib özündən çıxdı. Xanım Heroldun
xüsusi olaraq məsləhət gördüyü, onun xəstə, qoca anasına bir mələk hövsələsilə
qulluq göstərməsindən söz açdığı həmin qadın, Minnanın rəftarı nəticəsində
tezliklə elə ruhdan düşdü ki, özüm onun xidmətindən imtina etməli oldum.
Üstəlik, yola salanda ona yüngülvari bəxşiş verdiyimə görə də xeyli danlandım.
Ən kəskin dəyişiklik isə xidmətçimin davranışında müşahidə olundu, o, arvadı-
mın göstərişlərini yerinə yetirmək istəmədiyini söylədi və etirazlarıma rəğmən,
yenə də mənə qarşı münasibətdə ədəbsiz davranmasının müqabilində tezliklə onu
da yola salmaqdan başqa çarəm qalmadı. O ərəfədə xeyli pul verdiyim səliqəli
xidmətçi geyimi eləcə öz yerində asılı qaldı, çünki artıq özümə xidmətçi tutmaq
fikrindən daşınmışdım. Əvəzində, əslən şvab olan Terezanın işindən çox razı
qalmışdım. Qeyri-adi fitri zəkaya malik bu qadın vəziyyətimin çətinliyini bütün
aydınlığıyla görür, Minnanın xoşagəlməz davranışından hesabını lazımınca gö-
türürdü. Məlum xasiyyəti həm mənim xətrimə, həm də evdəki güzəran naminə
məharətlə zərərsizləşdirirdi.
Minna ilə yaxınlaşma ətrafımda, əvvəllər də dəfələrlə müşahidə olunan, bir
qapalı dövrə yaratmaqdaydı: görünür, hər şeyi yenidən başlamaq lazım gələcəkdi.
Onsuz da sakit və tənha yaşamaqdan söhbət gedə bilməzdi. İndi taleyin hökmüylə,
öz iradəmə və istəklərimə rəğmən, sonsuz münasibət və hərəkətlər zəncirinin bir
halqasına çevrilmişdim.