Rixard Vaqner
Mənim həyatım
524
ris qəzetlərinin aparıcı felyetonçularının Berlinlə yazışmaları barədə dediklərinə
bunu da əlavə etdi ki, məşhur Fiorentino mənim bura ilə bağlı planlarımın
Meyerberdə yaratdığı məyusluqdan öz xeyrinə yararlanıb: Meyerberi mənim mu-
siqimi təqdir edəcəyi ilə hədələyib, o da külli miqdarda rüşvətə əl atmağa məcbur
olub. Bütün bunlar Bellonini dərindən qayğılandırdığından mənə işin maliyyə
tərəfi barədə düşünməyi, bu yöndə bir çıxış yolu tapmadığım halda isə, imperator
hakimiyyətinin dəstəyini qazanmağı məsləhət görürdü. Kənardan maddi kömək
almadan, bütün ağırlığını öz üzərimə götürməklə konsertlər keçirməyin çox riskli
iş olduğuna dair onun gətirdiyi dəlillər məni müəyyən qədər ehtiyatlı davranma-
ğa sövq etdi, çünki Parisə köçmək və burada yaşamaq olub-qalan imkanımın da
axırına çıxmaqdaydı. Buna görə də Böyük Operadan və onun orkestrindən pul-
suz istifadəyə icazə almaq üçün Tüilri sarayı ilə apardığım danışıqları ikiqat səylə
davam etdirməli oldum. Ollivyenin belə bir məqamda irəli sürdüyü tövsiyə və
təkliflər məni insanlarla çox qəribə və ötəri təmaslar qurmağa sövq etdi. Məsələn,
Fuldun tabeliyindəki əsas məmurlardan, müdirlərdən biri və dramaturq kimi
təqdim olunan Kamill Dusenin kabinetinə mən məhz beləcə gedib çıxdım: bu yol-
la mən o qorxunc, əlçatmaz birinci nazirlə - Meyerberin təəssübkeşi ilə münasibət
qurmaq istəyirdim. Bu cür tövsiyələrdən birini də mənə, uzun sürən, olduqca
səmimi, ancaq tamamilə səmərəsiz danışıqlarımız zamanı Jül Ferri verdi. Hətta
Böyük Baden hersoqunun sayəsində onun Parisdəki təmsilçisini və İsveçrə səfirini
də işə cəlb edə bilmişdim, amma imperator və onun katibi yenə də inadla susmaq-
daydılar. Onların cəhdləri bir məqsədə - Fuldun bu məsələyə dair mövqeyini mənə
və imperatora izah etməyə yönəlmişdi. Ancaq əbəs yerə. Kimsədən səs çıxmırdı.
Belə bir məqamda Minnadan onun yaxın vaxtlarda Parisə gələcəyi xəbərini
aldım. Bunu taleyimin mənim işlərimə inanılmaz dərəcədə qəribə müdaxiləsi
kimi qəbul etdim. “
Rue Newton
da tutduğum evi seçəndə də, ona əl gəzdirəndə də
mən gələcəkdə burada Minna ilə birgə yaşamaq ehtimalını nəzərə almışdım. Öz
olduğum hissəylə onun otaqları bir-birindən pilləkənlə ayrılırdı və orada da hər
cür rahatlıq yaradılmasına çalışmışdım. Axırıncı dəfə Sürixdə bərabər yaşadığı-
mız vaxt məndə baş qaldıran meyl indi yenidən özünü göstərirdi: ifrat təmtərağa
aludəçilikdə qınansam belə, qeyri-adi tərtibat hesabına evimdə mümkün qədər
rahat və gözəl şərait yaratmağa can atırdım: bütün bunlar getdikcə mənə daha da
yad olan bir qadınla bərabər yaşadığım həyata rəng qatmaq üçün idi. Tutduğum
evdə ayrıca zal yaratmağa da imkan vardı, ancaq bununla əlaqədar qətiyyən israf-
çılığa yol verməsəm də, yenə də axırda məlum oldu ki, bitmək bilməyən qayğı və
əngəllər bir yana dursun, təkcə elə Parisin nadürüst fəhlələrinə iş gördürməyim
inanılmaz məsrəflərə yol açıb. Özümə belə təskinlik verdim ki, madam bundan
qaçmaq mümkün deyil, qoy barı buradakı bütün işləri öz üzərinə götürəcək Min-
na evin qapısından içəri girəndə ovqatı yüksəlsin. Qulluqçu məsələsini də həll