523
Rixard Vaqner
Mənim həyatım
109
İndi konsertlərim üçün gözəl bir orkestr yığmaq lazım idi, bu isə agentlərimi
xeyli çətinliyə saldı. Onların bu yöndəki cəhdləri köhnə dostum Berliozun mənə və
qurmaq istədiyim işə qarşı gözlənilməz qərəzinin ilkin əlamətlərini ortaya çıxar-
dı. Berliozla 1855-ci ildə Londonda baş tutan görüşümüzdən qalan, onun özünün
də dostyana yazışmalarla gücləndirdiyi isti təəssüratlara arxalanaraq, Parisə gələn
kimi onu görməyə getdim. Onu evdə tapmayıb geri qayıdırdım ki, küçədə rast-
laşdıq. Hiss elədim ki, məni görəndə təşvişə düşdü, sifətinə və bütün görkəminə
müdhiş həyəcan əlamətləri yayıldı. O məqamda münasibətlərimizin gerçək xarak-
teri mənə incəliklərinə qədər aydın oldu. Ancaq duyğularımı onun səhhəti ilə ma-
raqlanmaqla ört-basdır etməyə çalışdım. Berlioz dərhal məni inandırmağa başladı
ki, səhhəti olduqca pisdir, kəskin nevralgiya tutmaları onu əldən salır, ancaq elekt-
rik dalğaları qəbul edəndə ağrıları nisbətən yüngülləşir. Elə indi də müalicə sean-
sını bitirib evə qayıdırdı. Vəziyyətini daha da çətinləşdirməmək üçün ləngimədən
ayrılmaq istədim, amma bu onu yaman utandırdı, məni israrla mənzilinə dəvət
etdi. Evdə onun rəftarını bir qədər yumşalda bildim. Parisdə görmək istədiyim
işlərdən danışdım, ona izah etdim ki, hətta nəzərdə tutduğum konsertlər yal-
nız burada bir alman operası qurmağa imkan verəcək qədər publika toplamağa
hesablanıb. Dedim ki, burada bəzi operalarımı, hələ də özümün dinləmədiyim
əsərlərimi tamaşaya qoymaq niyyətindəyəm, lap direktor Karvalqo marağında
olsa belə, “Tanhauzer”i fransızca səhnələşdirmək barədə heç düşünmürəm də.
Bu açıqlamalar sayəsində bir müddət aramızda babat, belə baxanda, hətta ya-
xın münasibətlər bərqərar oldu. Orkestr üçün musiqiçilər axtaranda mən buna
arxayın olub agentlərimi Berliozun yanına göndərmişdim: o, təcrübəliydi, onla-
ra dəyərli məsləhətlər verə bilərdi. Sonradan agentlərim danışdılar ki, o, əvvəlcə
mənim işimə xeyli həvəslə yanaşıb, ancaq söhbətin ortasında xanım Berlioz ota-
ğa girərək əsəbi və təəccüblü səslə:
Deməli, siz cənab Vaqnerin konsertləri ilə bağlı
tövsiyələr verirsiniz?”
çımxıran kimi vəziyyət bir anda dəyişib. Belloni öyrənmişdi
ki, həmin ərəfədə Meyerber o xanıma bahalı bilərzik göndəribmiş. “Berlioza bel
bağlamayın!” - agentin məsləhəti belə oldu. Bununla da məsələ bitdi.
110
Ümumiyyətlə, o günlərdən etibarən mənim xeyirxahım Belloninin siması-
na sanki qayğıların möhürü həkk olunmuşdu. O qəti qənaətə gəlmişdi ki, Paris
mətbuatı mənə qarşı son dərəcə qərəzlidir, özü də bunun həmin vaxt Meyerberin
Berlində yaşadığı təlaşın nəticəsi olduğuna qətiyyən şübhə etmirdi. Belloni Pa-