Rixard Vaqner
Mənim həyatım
522
çünki dostu “
chaleur de coeur
a malik olsa da, işgüzar adam idi və musiqidən elə də
başı çıxmırdı. İlk növbədə, parisliləri mənimlə və musiqilərimlə tanış etmək lazım
idi, işin sonrası bundan alınan nəticələrdən asılı olacaqdı. Bu məqsədlə mən, ilk
addım kimi, bir neçə geniş konsert verməyi qərara aldım. Odur ki, dərhal köhnə
dostum Bellonini – Listin keçmiş katibini buradakı yaxın tanışlarımla bir araya
gətirdim. O məni öz ortağı ilə – olduqca səviyyəli, xeyirxah insan təsiri bağışlayan,
teatral qəzetlərdən birinin redaktoru olan Ciakomelli deyilən şəxslə görüşdürdü.
Belloni onun “fransız dilini gözəl bilməsi”, ümumiyyətlə, qeyri-adi çevikliyi və
fəallığı barədə yüksək fikirlər söyləmişdi. Mənim yeni xeyirxahımın orijinal gö-
rünüşlü redaksiya kontoru Parisdə teatrla və başqa bu kimi sahələrlə əlaqədar
üz-üzə gəlməli olduğumuz, fərqli xarakterlərə malik müxtəlif şəxslərlə gündəlik
görüşlərimiz üçün əsas məkanlardan birinə çevrildi.
Nəzərdə tutduğumuz konsertlərdən ötrü mümkün qədər münasib salon
tapmaq lazım idi. Aydın məsələ idi ki, Böyük Operanın binası və orkestri mənim
sərəncamımda olsaydı, parisli dinləyicilər qarşısında daha böyük uğurla çıxış edə
bilərdim. Bundan ötrü imperator Napoleona müraciət etmək lazım gəlirdi: mən
həmin müraciəti bükmə vərəqə yazdım, Qasperini isə redaktə etdi. Digər tərəfdən,
o dövrdə birinci nazir olan Fuldun mənə qarşı qərəzli münasibətini də nəzərə al-
malıydıq, onun Meyerberə dostyana münasibətindən bunu anlamaq mümkün idi.
Öz təhlükəli nüfuzu ilə bizi müəyyən qədər təşvişə salan Fulda qarşı biz Napoleo-
nun katibi Mokarı qoymalıydıq, Ollivyenin dediyinə görə, imperatorun nitqlərini
hazırlayan bu adamın nüfuzundan istifadə etməliydik. Comərdlik damarı cuşa
gələn məqamda Lüsi gənclik dostu kimi xatırladığı Mokara məktub yazmağa qərar
verdi. Ancaq bu məktuba da Tüilri sarayından heç bir cavab gəlməyəndə, birinci
nazirin nüfuzunu Belloni, Ciakomelli kimi sıravi dostların söhbətləri sayəsində
zərərsizləşdirməyin mümkünlüyünə dair şübhələrim artmağa başladı və mən
italyan operasının direktoru Kalsado ilə danışıqlara girməyi qərara aldım. İlk ad-
dımda rədd cavabı aldıq, sonra mən özüm onun yanına getdim. Düzünü deyim
ki, bəlağətimin gücü özümü də təəccübləndirdi. Sonuncu operam “Tristan”ın bö-
yük uğurları ilə bağlı mümkün perspektivləri açıqlayaraq onun dilindən, günaşırı
olmaqla, həftədə üç dəfə, axşamlar “
salle Ventadour
u mənim ixtiyarıma verəcəyi
haqda vəd qoparda bildim. Ancaq, Ciakomellinin evə qayıdarkən heyranlıqla xa-
tırladığı, alovlu çıxışıma rəğmən, hər axşam üçün, binaya və işıqlandırmaya görə
4000
frank istəyən Kalsado güzəşt etməyə heç cür razı olmadı.