521
Rixard Vaqner
Mənim həyatım
məndə belə bir fikir yaratdı ki, Karlsrueyə buraxılmamağımın arxasında, ilk
növbədə, onun məni teatrın idarəçilik işlərindən uzaq tutmaq istəyi dayanır. Onda
daha aydın şəkildə anladım ki, öz istəyinə rəğmən, mənə paytaxt Karlsrueyə ayaq
basmaq izni verə bilmədiyi üçün pərt olan hersoq yaranmış vəziyyətdən çıxış yo-
lunu bu səfərin hansısa başqa səbəblər üzündən əngəllənməsində görüb. Bir neçə
dəfə Karlsrueyə gedib-gələn Bülov məni Devrienin bu işdəki rolu haqda kifayət
qədər məlumatlandırdı. Amma məndə bununla bağlı lap dolğun təsəvvür xeyli
sonra yarandı. Həmin dəqiqə, çox böyük əhəmiyyətə malik bir qənaəti özlüyümdə
qətiləşdirdim: Almaniyaya yolum bağlanıb və mən “Tristan”ın bu qədər arzusun-
da olduğum tamaşası üçün başqa səhnə axtarmalıyam! Bir anda ağlıma gəldi ki,
Parisdə keçmişdə, əsasən də Şreder-Devrienin iştirakı ilə yaradılanlara bənzər
alman teatr məkanı təşkil edim. Zənnimcə, məşhur, görkəmli alman ifaçılarının,
onları buraya dəvət edəcəyim təqdirdə, bu işə həvəslə qoşulacaqlarına ümid bağ-
lamağa dəyərdi. Doğrudan da, Tixaçek, Mittervurser, tenor Niman, eləcə də vya-
nalı ifaçı Luiza Meyer dərhal cavab verdilər ki, Parisdə sağlam zəmində qurulan
alman operası təşkil edə biləcəyim halda, iştiraka hazırdırlar. Beləliklə, heç də
asan olmayan bir məsələni həll etmək – Parisdə bu işin məsuliyyətini öz üzərinə
götürməyə razılıq verəcək adamı tapmaq qalırdı. Planım beləydi ki, italyan opera-
sı mövsümü başa çatanda “
salle Ventadour
u yazın iki ayı üçün kirayələyim və həm
parislilərdən ötrü, həm də ən çox özüm üçün, “Tanhauzer”i, “Loenqrin”i tamaşa-
ya qoyum, daha sonra isə, ən yaxşı alman solistlərinin və xor ifaçılarının iştirakı
ilə, “Tristan”ı hazırlayım.
108
Bu plan mənim qayğılarımı və səylərimi tamam yeni - Parisdə
məskunlaşmağımın ilkin məqsədlərindən kəskin fərqlənən bir səmtə yönəltdi.
İndi xüsusən nüfuzlu şəxslərlə tanışlıq mənim nəzərimdə böyük əhəmiyyət daşı-
yırdı. Bu səbəbdən də, indiyədək yalnız səthi münasibət saxladığım Qasperininin
Parisə gəldiyini, burada xeyli qalacağını öyrənməyimdən məmnun oldum. Dərhal
onu planlarımdan xəbərdar elədim və Qasperini məni özünə çox yaxın olan, varlı
və bildiyimə görə, nüfuzlu bir şəxslə - Marselin baş ianəyığanı Lüsi ilə yaxından
tanış etdi. Bizim bütün söhbətlərimizdə bir cəhət daim vurğulanırdı ki, ən vacib
məsələ - nəzərdə tutulmuş tədbirlər üçün gərəkli vəsaiti verməyə razılaşacaq ada-
mı tapmaqdır. Dostum Qasperini istər-istəməz dilinə gətirdi ki, mənim Lüsiyə
bu baxımdan ən münasib şəxs kimi yanaşmağım tamamilə yerinə düşərdi: təbii
ki, əvvəllər onun özünə təklif etdiyim şərtlər qüvvədə qalmalıydı. Ancaq onun
fikrincə, bu söhbəti Lüsiyə bir qədər ehtiyatla açmaq daha məqsədəuyğun olardı,