Rixard Vaqner
Mənim həyatım
520
Roje tamam yaxşılaşmışdı. Amma sağ qolunu dirsəyinə qədər kəsmişdilər. İndi hər
şey, kəsilmiş əli səhnə hərəkətlərinə yarayan süni əllə əvəzləməyə söz verən, adlı-
sanlı ustanın iddiasının doğrulmasından asılı idi. Bir müddət keçəndən sonra mən
bu gözləntinin kifayət qədər məqbul nəticə ilə doğrulmasının şahidi oldum. Böyük
Operanın rəhbərliyinin ona etibar etdiyi benefis tamaşada Roje sağ qolunu inanıl-
maz cəldliklə tərpədirdi. Publika onun hərəkətlərini gurultulu alqışlarla müşayiət
edirdi. Bununla belə, əlil sayıldığını, artıq Böyük Operanın səhnəsindəki karyerası-
nın bitdiyini qəbul etməli oldu. İndiki məqamda ona yeni ədəbi fəaliyyət yolu açan
təklifimdən məmnun qalmışdı. O, “Tanhauzer” üzərində işləməyə sevinə-sevinə
razılıq verdi. Onun təqdimatında mətnin bəzi əsas yerlərinin tərcüməsi, oxuduğu
parçalar mənə uğurlu təsir bağışladı. Bütün günü onunla keçirib, gecəni də orada
qalandan sonra mən, indiyədək taleyin ərköyün öyrətdiyi, ancaq artıq qəmli bir
gələcəklə üz-üzə qalan bu adamın malikanəsini tərk etdim. Mən yola yaxşı ovqatda
çıxmışdım, qəlbim ümidlərlə dolu idi.
Onun operama səviyyəli yanaşması məndə fransız ruhuna xas yüksək
mədəniyyət hissi barədə xoş təsəvvür yaratmışdı. Buna rəğmən, çox keçmədi
ki, Roje ilə əməkdaşlığa son qoymalı oldum. Tamamilə öz hayına qaldığı, hazır-
kı kədərli vəziyyətində yeni məşğuliyyətlər tapmağa çalışdığı üçün o, işin gedi-
şi barədə sorğularımı, demək olar ki, cavabsız qoyurdu. Tezliklə onu büsbütün
gözdən itirdim.
107
Ancaq bu cəhdim – Rojeni əməkdaşlığa cəlb etmək təşəbbüsüm də təsadüfi
idi, dərin, qəti meyldən irəli gəlməmişdi. Hələ də öz ilkin niyyətimdə qalırdım:
Parisə sadəcə yaşamaq üçün əlverişli yer kimi baxır, sənətlə, yaradıcılıqla bağlı
ciddi planlarımı Almaniyaya hesablayırdım. Amma ora məndən ötrü əlçatmaz ol-
muşdu. Qısa müddət sonra işlər ayrı səmtə yönəlməyə başladı. Xəbər gəldi ki,
Tristan”ın Karlsruedə hazırlanan və mənim böyük ümidlər bəslədiyim tama-
şası üzərində iş biryolluq dayandırılır. Əvvəlcə çox ciddi münasibət göstərilən
bu tədbirin sonradan ləğv olunmasının əsas səbəbini heç cür öyrənə bilmədim.
E.Devrien mənə yazmışdı ki, İzolda partiyasının
Garrigues
ə (o, gənc tenor Şnor-
run arvadı idi) tapşırılmasına etirazımdan sonra bu rol üçün başqa ifaçı tapmaq
cəhdləri boşa çıxıb, üstəlik, mənə çox bağlı olan Şnorrun da öz rolunu sonadək ifa
edə biləcəyinə ümidi qalmayıb. Açıq görünürdü ki, mənim yoluma, yalnız özüm
Karlsrueyə gedə biləcəyim təqdirdə, aradan qaldıracağım bir maneə çıxıb. Ancaq
bu arzumu ona çatdırmağımla hiddət hədəfinə çevrilməyim bir oldu. Devrien
xüsusən bu məqamda qeyri-adi hikkə, tərslik nümayiş etdirirdi və bu vəziyyət