519
Rixard Vaqner
Mənim həyatım
nəticəsi hələ uzun illər mənim özümə xidmət edəcək. Tərəddüd etmədən lazımi
göstərişləri verdim və taleyin hökmüylə, ömrümün qalan hissəsini Parisdə yaşa-
yacağıma əminlik içərisində, Sürixdəki avadanlıqlarımın gətirilməsi barədə oraya
məktub göndərdim. Bunlar həyata keçirilməkdə olduğu müddətdə, mən son vaxt-
lar əsərlərimə xoş münasibətin göstəricisi kimi diqqətimi çəkmiş bəzi əlamətlərin
gələcək baxımından nə dərəcədə əhəmiyyət kəsb etdiyini aydınlaşdırmağa çalışır-
dım. Müəyyən məlumatlar əldə etmək məqsədilə “Riensi” üzərində işləmək tapşı-
rığı almış cavan oğlanı – de Şarnalı yenidən axtarıb tapdım. Məlum oldu ki, “
The-
atre Lyrique
nin direktoru Karvalqo “Tanhauzer”dən başqa hansısa əsər barədə bir
kəlmə də eşitmək istəmir. Bu cənabla ünsiyyət yaradıb işlə bağlı söhbət etməyə
nail oldum. O, operamı tamaşa qoymağa hədsiz həvəs göstərdiyini təsdiqlədi, an-
caq bu, mütləq “Tanhauzer” olmalıydı, çünki parislilərin nəzərində həmin əsərin
adı mənim imzamla eyniyyət təşkil etdiyi üçün, burada “vaqnerinkilərin” hansısa
bir başqasını səhnələşdirmək absurd kimi görünərdi.
Mətnin üzərində işləməyi həvalə etdiyim adama gəlincə isə, o, seçimimə
böyük şübhəylə yanaşırdı. Şarnalın işi ilə yaxından tanış olmağa çalışanda məni
dəhşət bürüdü: bildim ki, “
Schinderhannes
in (o, melodramın süjetini alman ro-
mantik düşüncəsinin məhsulu kimi qavramışdı) hazırlanmasında iştirakıyla
öyünən bu sevimli gəncin ona tapşırılan iş haqqında qətiyyən təsəvvürü yox-
dur. İşləmək əzmindən təsirləndiyim üçün onunla musiqiyə yararlı bir neçə şeir
üzərində çalışmaq istədim. Amma tezcə də anladım ki, bu, havayı əziyyətdir.
106
Bülovdan Baden-Badendə tanış olduğu, mənim musiqimə xüsusi maraq
göstərməsilə diqqətini çəkmiş gənc həkim Avqust Qasperininin sorağını aldım.
Bir qədər sonra onu görməyə getdim. Amma Parisdə olmadığı üçün ona məktub
göndərməli oldum. O da dostunu - suyuşirinliyi ilə məndə rəğbət oyadan Leruanı
yanıma göndərdi. Lerua ilk növbədə bununla etibarımı qazandı ki, dərhal mənə te-
atral qəzetlərin Şarnal kimi əməkdaşları ilə görməzə-bilməzə ünsiyyət qurmamağı
məsləhət gördü, əvəzində, istedalı, təcrübəli, alman dilini bilən, Parisdə geniş tanı-
nan Roje adlı opera ifaçısini tövsiyə etdi. Sanki üstümdən dağ götürüldü. Leruanın
dostlarından biri vasitəsilə mənə çatdırdığı dəvəti qəbul edərək gözəl bir gündə
Rojenin şəhər kənarındakı malikanəsinə yollandım. O dövrdə Parisdə məşhur olan
tenorun malikanəsinin adı yadımda qalmayıb. Bir vaxtlar hansısa markizin qəsri
olmuş bu binanın dörd tərəfi ovçuluq parkı idi. Bizim görüşümüzdən az müddət
əvvəl baş verən, yaraşıqlı ifaçınin sağ əlini itirməsi ilə nəticələnən bədbəxt hadisəyə
də onun ovçuluq ehtirası səbəb olmuşdu. Aradan aylar keçmişdi və mən görəndə