Rixard Vaqner
Mənim həyatım
518
salmaqda günahlandırdı. Ancaq yenə də axırda dost kimi ayrıldıq və sonralar bi-
zim mübahisələrimiz heç vaxt o axşamkı qədər qızğın xarakter almadı.
Zultserə baş çəkmək üçün Sürixdən Vintertura getdim. Onu evdə tapma-
dım, ancaq arvadı və oğlu ilə görüşdüm. Hər ikisi məndə xoş təəssürat oyatdı,
kövrəldim: orijinal xasiyyətli, erkən yaşlanmış dostum indi bir ata kimi, yəqin,
xoşbəxt idi.
105
Sentyabrın 15-də Parisə çatdım. “
Champs-Elysees
ə yaxın bir yerdə mənzil
tutmaq istəyirdim deyə, elə oralarda düşməyi qərara almışdım. Belə də oldu,
müvəqqəti qalmaq üçün “
Avenue de Matignon
da yer tapdım. Əsas məqsədim bu
idi ki, şəhər kənarındakı malikanələrdən birində özümə tam ürəyimcə, çoxdan
həsrətində olduğum sakit bir mənzil axtarım. Bu məqsədlə də, yadıma gəldiyi
qədər, bütün əlaqələrimi işə salmağa çalışdım. Ollivye və arvadı həmin vaxt
Parisdə deyildilər. Madam d Aqu xəstəydi, İtaliyaya getməyə hazırlaşırdı. Məni
şəxsən özü qəbul edə bilməsə də, qızının, qrafinya Şarnasenin yanına yolladı, mən
də getdim. Yeri gəlmişkən, onda planlarıma maraq oyada bilmədim. Sonuncu
gəlişimdə məni çox mehriban qarşılamış olan Heroldlara da baş çəkdim. Ancaq
xanım Heroldu xəstəlikdən doğan həyəcan və çaşqınlıq içində, elə qəribə halda
gördüm ki, təsəlli verməkdən başqa çarəm qalmadı, onu öz şəxsi işlərimlə nara-
hat etməyi yersiz saydım. Mənzil tapacağım anı ehtiras və səbrsizliklə gözlədiyim
belə bir vəziyyətdə, kənardan hansısa tövsiyə və kömək gözləmədən, axtarmaqda
davam edirdim. Nəhayət, “
Champs-Elysees
ə qonşu küçələrdən birində, “
Barrie-
re de l’etoile
in yaxınlığında, “
rue Newton
da pavilyonu xatırladan, kiçik bağçalı
qəşəng bir ev tapdım. İli 4000 min frankdan, üçillik müddətə kirayələdim.
Hər halda, burada küçənin səs-küyündən uzaqlaşıb, sakitlikdən zövq alma-
ğa imkanım olacaqdı. Elə bircə bu məqam özü məndə bu evi tutmağa hədsiz meyl
yaratdı. Axır vaxtlar bu evdə Oktav Felye – imperator sarayının himayəsindən
bəhrələnən tanınmış yazıçı yaşamışdı. Məni təəccübləndirən bircə bu idi ki, çox da
köhnə tikili olmasa da, evin içərisi yaman gündəydi. Heç cür, hətta kirayəhaqqını
artırmaq hesabına da olsa, ev yiyəsini buraya müəyyən qədər əl gəzdirməyə
razı sala bilmədim. İşin nə yerdə olduğunu yalnız bir müddət keçəndən son-
ra başa düşdüm: buralar şəhərin yenidən planlaşdırılması ilə əlaqədar tezliklə
tamam sökülüb-dağıdılacaqdı. Ortada mülk sahiblərini əvvəlcədən rəsmən
məlumatlandırmaq söhbəti də vardı: əgər vurulan ziyanın ödənilməsi barədə
vaxtında müraciət etsələr, qanuni haqlarını ala bilərdilər. Beləcə, tam arxayın ol-
dum ki, buranın təmizlənməsi və abadlaşdırılması üçün görəcəyim tədbirlərin