517
Rixard Vaqner
Mənim həyatım
ki, gərək əvvəlcə özümü ədalət məhkəməsinə təslim edim. Beləliklə, arzumun
yerinə yetməsi mümkünsüz olaraq qalırdı və mən qüssə içərisində “Tristan”ın
nəzərdə tutulan tamaşasının şəxsən öz iştirakımla hazırlanması üçün yollar axta-
rırdım. Mənə demişdilər ki, hersoq bundan ötrü lazımi tədbirləri görəcək. Ancaq
müəyyən müddət qalmağıma təminat verilən sığınacağı harada axtarmalıydım?
Xeyli düşünəndən sonra belə qərara gəldim ki, yenidən Parisə yollanmaqdan baş-
qa çarə yoxdur, ən azı, vaxtaşırı yaxşı bir orkestrə, mükəmməl bir kvartetə qu-
laq asa bilərəm. Bunlarsız Sürixdə keçirdiyim həyat axırda mənim üçün tamam
dözülməz həddə çatmışdı. Heç bir əngəllə üzləşmədən yaşayacağım Parisdə isə,
incəsənətin nəcib növlərindən qaynaqlanan bədii-sənətkarlıq təəssüratlarının ru-
humu təzələyəcəyinə söz ola bilməzdi.
104
Arvadımla əlaqədar, axır ki, bir qərar verməliydim. Düz bir il idi, ayrı yaşa-
yırdıq. Ona verdiyim sərt ibrət dərsləri – özü də məktublarından məlum olurdu
ki, onlar təsirsiz qalmayıb – məndə belə bir ümid oyatmışdı ki, birgə həyatımızın
əvvəlki müdhiş ağırlığını kənara qoyaraq, bundan sonra layiqincə rahat güzəran
qura bilərik. Şərtləşdik ki, payızın axırlarında Parisdə görüşək. O vaxta qədər
mənzil tutmaq, Sürixdəki əşya və avadanlıqlarımızı oraya daşıtdırmaq istəyirdim.
Bu istəyimi həyata keçirmək üçün, müəyyən alacaqlarımdan əlavə maddi
vəsait tələb olunurdu. Daha əvvəl Böyük Veymar hersoqundan istədiyimi, yəni
Nibelunqlar”ın nəşr hüququnu məndən satın almasını bu dəfə Vezendonka
təklif etdim. Vezendonk bu təklifimi etirazsız-filansız qəbul etdi, tamamladığım
hər hissə üçün mənə, sonralar əsərin sahiblik hüququnu satmaq fikrində olduğu
naşirdən istəyəcəyinə yaxın bir məbləğdə qonorar söz verdi.
İndi mən səfər gününü müəyyənləşdirməliydim: əvvəlcə Sürix muzeylərini
gəzmək niyyətim vardı, ona görə də yola düşmək üçün sentyabrın 7-ci gününü
seçdim. Üç günü Vezendonkgildə keçirməyimdən çox məmnun oldum, onlar-
da köhnə tanışlarımla, əsasən də Herveq, Semper və Qotfrid Kellerlə görüşdüm.
Bütövlükdə bərabər keçirdiyimiz bir axşammənimlə Semper arasında həmin döv-
rün siyasi hadisələrilə bağlı qızğın mübahisə yarandı. Semperin nəzərində, Avstri-
yanın yenicə düçar olduğu məğlubiyyət əslində alman milli ideyasının uduzması
idi. Lui Napoleonun sərgilədiyi romanlara xas cəhətlərdə o, həm incəsənət, həm də
siyasət müstəvisində, dərin nifrət bəslədiyi assuriyasayağı despotizmin ifadəsini
görürdü. Bu barədə elə kəskin danışırdı ki, adətən susmağa üstünlük verən Kelleri
də qızğın mübahisəyə cəlb etdi. Semper bərk həyəcanlanmışdı. Axırda, qəhərli bir
səslə məni, Vezendonkgilə gəlmək təklifini bəhanə edərək, onu düşmən tələsinə