Rixard Vaqner
Mənim həyatım
516
102
Başımı ən çox İtaliyadakı müharibə haqqında həyəcanlı xəbərlərlə qatırdım.
Bu gözlənilməz və mühümhadisə ilə bağlı bütün söz-söhbətləri bəlli bir gərginliklə
izləyirdim. Deyim ki, cəmiyyətdən tamamən uzaq düşməmişdim. İyulda o vaxta-
can tanış olmadığım Feliks Drezeke Lüsernə gəldi. O, Listin təşkil etdiyi konsertdə
Tristan və İzolda”nın girişini dinləyəndən sonra mənimlə şəxsən yaxınlıq etməyi
qərara almışdı. Feliksin gəlişi məni əməlli-başlı təşvişə saldı, heç bilmirdim, onunla
necə rəftar etməliyəm. Maraq dairəmdən çıxmış hadisələr və şəxslər barədə uzun-
uzadı, həm də kifayət qədər hazırcavablıqla söhbət açdığından, onunla ünsiyyət
mənə ağır gəldi. Onu ən çox təəccübləndirən isə bu duyğumun rəftarımdakı aşkar
təzahürü oldu, odur ki, bir neçə gündən sonra məndən uzaqlaşmağı lazım bildi.
Buna görə çox peşman oldum və onda özüm haqqında yarana biləcək xoşagəlməz
rəyi dəyişdirmək üçün əlimdən gələni etməyə çalışdım. Çox keçmədən, məndə
ona qarşı rəğbət oyandı. Uzun bir zaman ərzində, hardasa Lüserni tərk edənə
qədər, onunla hər gün görüşürdüm. Bu mənə məmnunluq verirdi, çünki onun
simasında, özündən müştəbeh olmayan, istedadlı bir musiqiçi görürdüm.
Sürixli köhnə tanışım Vilhelm Baumqartner gəlib, mənim xətrimə, bir neçə
həftə Lüserndə qaldı. Nəhayət, bir az bərabər vaxt keçirməyimiz üçün Aleksandr
Serov da Peterburqdan gəldi. O, musiqi sahəsində müəyyən mənada Listi və
məni dəstəkləyən orijinal, ziyalı bir adam idi. Drezdendə “Loenqrin”i dinləmiş və
əsərlərimlə daha yaxından tanış olmaq istəmişdi: “Tristan”ı öz ifa tərzimə uyğun
səsləndirməklə ona bu yöndə köməklik göstərməliydim. Drezeke ilə ikimiz Pilata
qalxdıq və arabir başı gicəllənən yoldaşımla bərabər onun keçirdiyi qorxu hissini
paylaşmalı oldum. Ayrılana yaxın onu Brunnen və Qrütliyə dəvət etdim. Sonra biz
ayrıldıq, çünki onun İsveçrədə daha çox qalmağa imkanı çatmazdı, mən özüm də
buranı tərk etmək haqda düşünməyə başlamışdım.
103
Hara gedəcəkdim– əsas məsələ bu idi. Bu dəfə EduardDevrien vasitəsilə, Bö-
yük Baden Hersoquna yazılı müraciət ünvanladımki, bəlkə Karlsruenin özündə də
olmasa, hardasa ətrafında məskunlaşmağıma icazə verilsin. Orkestrlə, ifaçı heyəti
ilə, artıq istəkdən zərurətə çevrilməkdə olan, təmasları qura bilmək üçün mənə
bu da kifayət edərdi. Necə olur-olsun, onları dinləməliydim. Sonradan öyrəndim
ki, hersoq bu barədə Saksoniya kralına yazılı şəkildə müraciət edib, ancaq yenə
də həmişəki kimi olub: məni amnistiyaya salmaq yox, əfv etmək olar, bir şərtlə