515
Rixard Vaqner
Mənim həyatım
cu pərdənin ilk səhnələri mənə tam aydınlığı ilə sübut etdi ki, nədənsə hamı onun
asanlıqla səhnələşdiriləcəyi kimi yanlış bir fikrə qapılsa da, əsərlərim içərisində ən
qəribəsi və ən çox risk tələb edəni məhz bu operadır. “Tristan”ın böyük səhnəsi
üzərində işləyərkən tez-tez özümdən soruşurdum ki, naşirdən belə bir əsərin teatr
üçün nəşr edilməsini istəməyim ağılsızlıq deyilmi?! Ancaq bütün bunlara görə nə
qədər əziyyət çəksəm də, ən qəmli notundan da keçməyə razı olmazdım.
Onu da bildirim ki, qarınağrılarım artdığına görə bəlli ölçülərdə Kissingen
suları qəbul etməyə başlamışdım. Amma bu zaman, xüsusən də səhərlər, vacib
olan gəzinti məni əldən saldığı, nəticədə işləyə bilmədiyim üçün ağlıma gəldi ki,
bunları qısa müddət at minməklə əvəzləyim. Otelin sahibi bundan ötrü mənə Liza
adında qoca, 25 yaşlı bir at verdi. Hər səhər bu atı minərək yalnız onun istədiyi
yerlərdə gəzinə bilirdim. Çox aralanmaq mümkün deyildi, çünki müəyyən bir
yerə çatanda at, üstündəki adamın istəyini vecinə almadan, geriyə qayıdırdı.
101
Aprel, may və iyunun çox hissəsi beləcə ötüb keçmiş, mənsə, ovqatımdakı
düşkünlüklə mübarizə apara-apara, üçüncü pərdənin ortalarından irəliyə gedə
bilməmişdim. Bu arada Lüserndə mövsüm qızışdı, hər yerdən adamlar axışıb
gəlməyə başladı. Mehmanxana, yardımçı binalarına qədər dolub-daşırdı, artıq bu
qədər yeri təkbaşına tutub qalmaq barədə düşünməyə də dəyməzdi. Mənə əsas
binanın ikinci mərtəbəsinə köçməyi təklif etdilər, çünki orada adətən bir gecəliyə
gəlmiş isveçrəlilər qalırdılar, halbuki yardımçı binalar uzun müddət burada qa-
lan və gün ərzində öz otaqlarına girib-çıxan qonaqlara verilirdi. Əslində, bu təklif
mənə olduqca çox əlverişli göründü. Yığcam salon və ona bitişik yataq otağı mənim
iş saatlarımda büsbütün sakitlik içində olurdu, çünki bu mərtəbədəki otaqlar, yal-
nız gecələr qalmaq üçün nəzərdə tutulduğuna görə, gündüzlər bomboş olurdu.
Axır ki, əsl qızmar yay günləri gəldi. Tam iki ay ərzində göyün üzünə bulud
gəlmədi, havalar gözəl keçdi. Mən daim sərin və yarıqaranlıq otağımda günəşin
odlu şüalarından qorunmağın verdiyi rahatlıqdan doyunca ləzzət aldım. Yalnız
axşamlar kiçik eyvanda oturaraq özümü yay havasının ixtiyarına buraxırdım.
Bu zaman tütəkçilərin gözəl ifaları mənə xüsusi zövq yaşadırdı. Az qala hər ax-
şam, gölün qırağıyla gəzərək, çoban tütəyində sadə xalq havaları səsləndirirdilər.
Xoşbəxtlikdən, o zaman əsərimin ən çətin yeri artıq arxada qalmışdı, musiqi həllini
verməli olduğum sonrakı hissənin mülayim ruhu isə, hüznlü ovqatıma rəğmən,
məni vəcdə gətirirdi. Elə bu şəraitdə də, avqustun sonlarına doğru, kompozisiyanı
tamamilə yekunlaşdırdım. Bircə bəzi məqamların ifasını alətlər üzrə paylaşdır-
maq qalırdı.