Rixard Vaqner
Mənim həyatım
514
gəlincə, onlar mənim Kriteyə, 1864-cü il üçün 1800 taler məbləğində, şəxsi borcum
kimi qalmaqdaydı. Bu barədə üzərimdə məhkəmə qərarı vardı. Əsas borcverənim
olan, ancaq payına çox cüzi məbləğ düşən Puzinellini birtəhər razı salmaq üçün
üç operamın mülkiyyət hüququnu özümdə saxladım ki, bəlkə tamaşaya qoydu-
ra, ya da hansısa fransız nəşriyyatına sata bildim. Drezdendəki yeni naşir, vəkil
Şmidtin məktubunun dəqiq mətni əsasında, bu sözləşməni qəbul etdi. Puzinelli bu
yöndəki mümkün mənfəətindən dostcasına imtina edəndən, verdiyi məbləği heç
vaxt geri istəməyəcəyini bildirəndən sonra qarşımda açılan yeganə imkan qapısı
bu idi ki, operalarım Fransaya yol tapacağı təqdirdə, əlimə qazanc gəlməsə də,
ən azı, onlara xərclənən, borc götürməli olduğum vəsaiti geri qaytara biləcəkdim.
Sonralar mən Parisdə musiqi əsərlərinin alqı-satqısı ilə məşğul olan Fləksləndlə
müqavilə bağladıqda Mezerin drezdenli xələfi özünü operalarımın müstəsna hü-
quqlu sahibi elan etdi və Fləksləndin önünə elə əngəllər çıxartdı ki, o, yalnız 6000
frankından keçməklə hay-küydən uzaq dura bildi. Ancaq bu da, öz növbəsində,
Fləksləndi mənim Fransada əsərlərim üzərindəki müəlliflik hüquqlarımı tanımaq-
dan boyun qaçırmağa məcbur etdi. Dönə-dönə vəkil Şmidtə şahid kimi müraciət
edib ondan bu məsələyə dair Lüserndə danışıqlarımızın yekunu kimi əldə olun-
muş sözləşməyə dair yazışmalarımızın surətini istədim. Ancaq vəkil bu məsələ ilə
bağlı ona göndərdiyim məktubları israrla cavabsız qoydu. Sonralar bir nəfər ve-
netsiyalı hüquqşünasdan öyrəndim ki, belə bir təsdiqnamə əldə etmək fikrimdən
daşınmalıyam, çünki əgər vəkil özü istəmirsə, onu hansısa qanuni yollarla buna
məcbur edə bilmərəm.
100
Beləliklə, gələcək maddi təminatım naminə çox az iş görmüş oldum.
Əvəzində “Tanhauzer”in çap olunmuş partiturasını almağın məmnunluğunu
yaşadım. Mezer saymazyana münasibət göstərib əvvəlki avtoqraflı nüsxələrin
axırına çıxdığından, hələ Venetsiyada ikən Hertelləri bunları çap etdirmək üçün
dilə tuta bilmişdim. Amma Mezerin bütün nəşriyyata yiyələnmiş xələfi partitu-
ranın yad əllərə düşməməsini şərəf məsələsi saydığına görə onları öz hesabına
çap etdirməyə girişdi. Təəssüf ki, bir il keçəndən sonra ilk iki səhnəni tamamilə
yenidən işləməli, təzədən yazmalı oldum və həmin yeniliklərin çap olunmuş
nüsxədə yer almamasına indinin özündə də heyfslənirəm. “Tristan”ın səhnədə
uğur qazanacağına hələ də əmin olan Hertellər hələ üçüncü pərdəni işlədiyim
vaxt ikinci pərdənin partiturasını çap etdirməyə başlamışdılar. Coşğun bir kom-
pozisiyaya malik üçüncü pərdəni böyük çətinliklərlə yazdığım ərəfədə düzəlişləri
nəzərdən keçirmək mənə son dərəcə qəribə, az qala qorxulu iş kimi gəlirdi. Sonun-