513
Rixard Vaqner
Mənim həyatım
98
Qayıdışımın ilk günü Sürixə gedib, Vezendonkgilə baş çəkdim. Görüşümüz
hüznlü alındı, ancaq heç birimiz utanc hiss etmirdik. Bir neçə gün dostlarımın
evində qalıb, sürixli köhnə dostlarımla görüşdüm. Elə bilirdim ki, yuxu görürəm,
kabuslar arasındayam, bunlar gerçəklikdən büsbütün uzaqdır. Lüserndə olduğum
müddətdə onlara dəfələrlə baş çəkdim, iki dəfə də onlar yanıma gəldi və bunlar-
dan biri mənim doğum günümə düşmüşdü.
Dilxor halda davam etdirdiyim iş bir yana, həm öz güzəranıma, həm də ar-
vadımın dolanışığına aid qayğılar vaxtımı alırdı. Hələ Venetsiyada ikən xanım Rit-
terin dost yardımından imtina etməyə məcbur olmuşdum. Dostlarımın vəziyyəti
dəyişmişdi, özüm nəsə fikirləşməliydim. Operalarım sayəsində əldə etdiyim
cüzi gəlir mənbəyi tükənmək üzrəydi. “Tristan”ı bitirən kimi yenidən “Nibelun-
qun üzüyü”nü işləməli olduğumdan, sonrakı yaşayışımı həmin əsərin hesabına
yüngülləşdirməyi lazım bilirdim. Bir il əvvəl şəxsən mənə bildirdiyinə görə, Böyük
Veymar hersoqu hələ də bu əsərlə maraqlanırdı. Mən Listə məktubumda, hersoqa
bu əsərin hüquqlarını almağı və gələcək nəşrlərin qazancına yiyələnməyi təklif
etməsi barədə xahişimi çatdırdım. Əgər iş müqavilə hazırlamağa qədər gedib çıx-
sa, mən onu Hertellərlə yarımçıq qalan danışıqlar əsasında qurmağa hazır idim.
List cavab məktubunda, canını dişinə tutub, yazmışdı ki, əlahəzrət bu layihəni o
qədər də bəyənməyib. Bu işarə mənə bəs elədi.
99
Digər tərəfdən, şərait məni Drezdendə Mezerin əlinə keçən əvvəlki üç ope-
ramın mülkiyyət hüququna dair dolaşıq məsələ barəsində nəsə bir qərara gəlməyə
vadar edirdi, çünki əsas borc mənbələrimdən olan aktyor Krite pulunu təkidlə
geri istəyirdi. Drezdenli vəkil Şmidt bu işi yekunlaşdırmaq niyyətində idi. Uzun-
uzadı, zəhlətökən yazışmalardan sonra aydın oldu ki, bu yaxınlarda vəfat etmiş
Mezerin yerinə gələn hansısa Müller nəşriyyata bütünlüklə yiyələnib. Bu əsnada
öyrəndim ki, həmin operalara görə mənim əvvəlki komisyonçumun işi dolaşıb və
ziyana düşüb. Gəlir məsələsinə qalanda, bu sarıdan əlim boşa çıxdı. Vəkil bircə
bunu bildirdi ki, mərhum Mezer, yəqin ki, qırağa bir neçə min taler atmamış ol-
maz, ancaq onları qoparmağa imkan yeri yoxdur, çünki varislərinə heç nə vəsiyyət
etməyib. Kriteni sakitləşdirmək üçün, ona və nisbətən az pul götürdüyüm baş-
qa bir şəxsə borcumun, daha dəqiqi, 3000 talerin müqabilində operalarımın sa-
tılmasına razılıq verməli oldum. Ödənilməmiş faizlərə və faizlərin də faizlərinə