Rixard Vaqner
Mənim həyatım
512
oynayırmış. Mən orada, indiyədək heç bir operada, hətta italyan əsərlərində də
rast gəlmədiyim, buz təbiətli siyasətçi Oktavini gördüm: pantomimanın hesabı-
na o, diplomat keyfiyyətlərini dəqiqliklə qoruyub saxlamışdı. Ancaq yenə də əsas
məqamKleopatranındəfni idi: balet üçün ifrat dərəcədə xarakterik olan geyimlərdə
səhnəyə çıxmış nəhəng heyətin üzvlərinə özlərini ən müxtəlif tərəflərdən nümayiş
etdirmək imkanı vermişdi.
97
Təklikdə yaşadığım bu təəssüratların ardından, möcüzəli bir yaz günündə,
büsbütün çiçəyə qərq olmuş Komodan, daha sonra isə kiçik, açıq kirşələrdə hün-
dür qar səddi boyunca irəliləyib tanış Luqano və Qotarddan keçməklə Lüsernə
getdim. Orada soyuq, cansıxıcı bir hava vardı, İtaliyadakı ilıq yaz günlərindən
kəskin fərqlənirdi. Lüsernə oradakı böyük “
Schweizerhof
otelinin ilin bu vaxtla-
rında, yayın əvvəlinə qədər boş olduğunu, heç bir çətinliklə üzləşmədən orada
kifayət qədər geniş və sakit yer tuta biləcəyimi düşünərək getmişdim. Yanılma-
mışdım. Mehmanxananın xoşxasiyyət müdiri polkovnik Zegesser mənə soldakı
ayrıca yardımçı binada bütöv bir mərtəbə göstərdi, oranın əsas otaqlarını çox ucuz
qiymətə tutub, rahat yaşaya bilərdim. Ayrıca xidmətçi tutmaq lazım gəlirdi, çün-
ki həmin vaxtlar mehmanxanada bu sarıdan vəziyyət yaxşı deyildi. Hər dəqiqə
rahatlığımın qeydinə qalan xoşxasiyyət bir qadın tapdım. Həm ilk günlər, həm
də mehmanxananın qonaqlarla dolan vaxtında mənə göstərdiyi qulluqla yaxşı ya-
dımda qalan o qadını, aradan neçə il keçəndən sonra, öz evimə təsərrüfat rəhbəri
götürdüm. Tezliklə əşyalarımı da Venetsiyadan gətirib çatdırdılar. Mənim Erarım
yenidən Alpın qarlı yollarını keçməli oldu. Onu geniş salonda yerləşdirəndən son-
ra öz-özümə dedim ki, bütün bu əziyyətin, qarğaşanın arxasında bircə məqsəd
dayanır: “Tristan və İzolda”nın üçüncü pərdəsini tamamlaya bilməyim üçün im-
kan yaratmaq. Bəzən bu ümid həddən artıq qeyri-adi, inanılmaz görünürdü, çün-
ki bəzən qarşıma çıxan çətinliklər üzündən işi tamam dayandırmaq qorxusu baş
qaldırırdı.
Mən özümü – Poseydon rəhmə gəlib dənizin dibindən Delos adasını üzə
çıxarmazdan əvvəl – Apollonu və Artemidanı doğmaq üçün yer axtararaq vurnu-
xan Latonaya bənzədirdim. Mənim “Delos”um da Lüsern olmalı idi. Ancaq uzun
müddət, mayın axırına qədər davam edən olduqca soyuq, yağışlı hava ovqatıma pis
təsir göstərirdi. Bu yeni sığınacaq mənə böyük qurbanlar bahasına başa gəldiyindən,
kompozisiya üzərində az da olsa işləyə bilmədiyimhər günü itirilmiş sayır, çəkdiyim
əziyyətlərə dəymədiyini düşünürdüm. Üstəlik, üçüncü pərdənin əsas, iri hissəsi
kədərli süjet üzərində qurulmuşdu. Lüserndə keçirdiyim ilk ayları məhz bu kimi
səbəblər üzündən, sözün əsl mənasında, dəhşət içərisində xatırlayıram.