511
Rixard Vaqner
Mənim həyatım
Vinterberger bildirirdi ki, qardaşlarının birindən ona kifayət qədər pul ça-
tıb, bunun hesabına İtaliyanı gəzib ləzzət ala bilər, bu isə ona, hər şeydən əlavə,
əyləncə və istirahət üçün vacibdir: amma hansı zəhmətlərin müqabilində - bax
burası bilinmirdi. Beləliklə, Ritter də ən yaxın zamanda Venetsiyanı tərk etmək
niyyətindəydi. Mən, o günlərdə xəstə olan, mehriban Dolqoruki ilə səmimiyyətlə
vidalaşdım, vağzalda isə, sonuncu dəfə, Karlı bağrıma basdım. Həmin vaxtdan
indiyədək onun nə sorağını almışam, nə də üzünü görmüşəm…
96
Əcnəbilər üzərində nəzarətin gücləndirilməsindən irəli gələn bəzi
çətinliklərin ardından martın 24-də Milana çatdım. Görməli yerləri gəzmək üçün
üç gün burada qalmağa qərar verdim. Heç kəsin bələdçiliyinə ehtiyac görmədən,
ən sadə əlamətlərə əsasən gedib Breraya, Ambrozian Kitabxanasına, Leonardo da
Vinçinin “Gizli şam yeməyi”nə və Böyük kilsəyə baxdım. Sonuncunu, mümkün
olduğu qədər damlara, qüllələrə qalxaraq, hərtərəfli gözdən keçirdim. Həmişə ol-
duğu kimi, ilkin təəssüratım xüsusilə güclüydü və onun təsiri altında fikrimi Bre-
ranın lap girişində gözümə sataşan iki rəsm üzərində cəmləşdirdim. Bunlar Van
Deykin “Müqəddəs Antoni”si və Krespinin “Müqəddəs Stefanın cəfakeşliyi” əsəri
idi. Elə oradaca yenidən əmin oldum ki, yaradıcılığın bu növü barədə mühakimə
yürütməyi bacarmıram. Rəsmin süjeti aydın və cəlbedici gəlirsə, həmin an mənim
nəzərimdə qəti və müstəsna önəm kəsb edir. Bu dəfə də belə oldu. Ancaq Leo-
nardo da Vinçinin “Gizli şam yeməyi”nin qarşısında dayananda rəsmin bədii
mahiyyətini anladım və başqalarının keçirdiyi hissləri mən də yaşadım. Daha dol-
ğun təəssürat üçün əsərin lap yaxınlıqdakı surətlərinə boylandıqdan sonra yenidən
diqqətimi orijinala yönəldəndə, daşıdığı süjeti bir kənara buraxıb, onun bənzərsiz
məziyyətlərinə vardım. Onlar rəsmdən özünü tam aydınlığı ilə nişan verir.
Axşam isə, mənim çox bəyəndiyim, amma indiki italyanların, təəssüf ki, say-
mazyana baxdıqları, buna görə də kiçik “
Teatro Re
yə sığınmış bir komediyanın
tamaşasına getdim. Burada Qoldoninin pyeslərini, az sayda tamaşaçıdan ötrü də
olsa, fikrimcə, böyük və sadəlövh bir ustalıqla oynayırdılar. Bununla müqayisədə,
della Skala
da gördüyüm tamaşa italyanların bədii-sənətkarlıq zövqünün zahiri
parıltılar altında uğradığı böyük tənəzzüldən xəbər verirdi. Nəhəng teatrda, ada-
ma xəyal kimi gələn imkanlı və fəal publika qarşısında adını unutduğum cavan
müəllifin inanılmaz dərəcədə mənasız bir opera məhsulu təqdim olunurdu. O ax-
şam məndə əminlik yarandı ki, vokal musiqisinə meyli ilə şöhrət qazanmış italyan
publikasını da indi ən çox cəlb edən baletdir. Bu darıxdırıcı opera isə, “Antoni
və Kleopatra” süjeti üzərində qurulan, böyük xoreoqrafik tamaşa üçün giriş rolu