Rixard Vaqner
Mənim həyatım
510
qismində Milanda xüsusi iqamətgaha malik ershersoq Maksa müraciət etməyi
məsləhət gördü. Həkimdən təsdiqnamə alıb təqdim edə və bununla da öz xahi-
şimi səhhətimin qaydasında olmamasıyla əsaslandıra bilərdim. Belə də etdim
və ershersoq məni rahat buraxmaları barədə Venetsiya hakimiyyətinə teleqram
göndərdi.
Aydın idi ki, əcnəbilərə münasibətdə sayıqlığın artırılması Avstriya
tabeliyindəki İtaliyada güclü təlatüm oyadan siyasi səbəblərdən irəli gəlirdi. Pye-
mont və Fransa ilə müharibə getdikcə qaçılmaz görünürdü, bu üzdən də italyan
əhalidə kəskin təbəddülatın aşkar əlamətləri özünü büruzə verirdi. Günlərin
birində Tessarinlə bərabər
Riva
boyunca gəzişərkən, qısa müddətə Venetsiyaya
gəlmiş ershersoq Maksimilianla arvadının ortaya çıxmasını hörmət qarışıq maraq-
la gözləyən bir topa əcnəbinin arasına düşdük. Məni bu barədə Venetsiyalı piano-
çumun güclü dürtməsi xəbərdar etdi: o, qolumdan yapışıb dartır, özünün dediyi
kimi, ershersoqa baş əymək məcburiyyətindən qurtarmaq üçün kənara çəkməyə
çalışırdı. Cavan knyazın getdikcə yaxınlaşan mütənasib, yaraşıqlı qamətini
görəndə gülə-gülə dostumdan aralandım, şəxsən tanış olmasaq da, bu mehriban
himayədarıma təzim etməklə öz minnətdarlığımı bildirməyin zövqünü daddım.
Ancaq tezliklə Venetsiyada vəziyyət daha ciddi, əziyyətli şəkil almağa baş-
ladı. Günlər keçdikcə Riva buraya çıxarılan hərbi dəstələrlə o dərəcədə dolub-da-
şırdı ki, orada gəzişməyə yer qalmırdı. Zabitlər mənə əksərən xoş təsir bağışlayır-
dılar, onların sadədil söhbətlərindəki sevimli alman tələffüzündə nəsə bir doğma-
lıq duyurdum. Amma özümü əsgərlərə inamla yanaşmağa sövq edə bilmirdim:
onların fizionomiyasında Avstriya monarxiyasının tabeliyi altındakı bəzi slavyan
tayfalarına xas kütlüyün, asılılığın ifadəsi vardı. Çoxlu güc lazım gələn yerdə on-
lardan imtina etmək olmazdı. Ancaq buna rəğmən, italyan xalqını müsbət mənada
fərqləndirən sadə ziyalılıqdan məhrum olmaları üzlərindən oxunurdu. İstəsəm
də, mən bir irqin o biri üzərində qələbəsinə sevinə bilməzdim. O əsgərlərin fizio-
nomiyası həmin ilin payızında Parisdə fransızların seçmə dəstələrini, “
Chasseurs
de Vincennes
bölmələrini və müstəmləkə qoşunlarının elit piyadalarını gördüyüm
an yenidən yadıma düşdü. Onları Avstriya əsgərləri ilə müqayisə edərkən birdən-
birə, strategiyaya dair biliklərin köməyi olmadan da, Macentanın və Solferinonun
mahiyyəti məndən ötrü aydınlaşdı.
Nəhayət, öyrəndimki,Milandamühasirəvəziyyəti elanolunubvə əcnəbilərin
oraya yolu, demək olar ki, bağlanıb. Yayı İsveçrədə, Firvaldştet gölü ətrafında
keçirməyi düşünürdüm, odur ki, eşitdiyim bu xəbərlər, müharibə dövrünə xas
gözlənilməzliklərin yolumu kəsməməsi üçün, səfərimi tezləşdirməyin vacibliyini
mənə xatırlatdı. Əşyalarımı topladım, royalımı Sen-Qotard üzərindən göndərdim,
yalnız elə də çox olmayan tanışlarımla vidalaşmaq qalmışdı. Ritter İtaliyada qalar-
sa, Florensiyaya, Romaya getmək fikrindəydi, Karlın yaxın dostu olan Vinterber-
ger isə artıq getmişdi.