509
Rixard Vaqner
Mənim həyatım
dəfə yeni-yeni sənət incilərinə doyunca tamaşa etmək arzusundaydı. “Armida”nı
yenidən işləməyə qəti yaxın durmur, Makiavellinin “Florensiya hekayələri” üzrə
yeni dramaturji material hazırlamaq istədiyini bildirirdi. Təfərrüatlara varmırdı,
mənim yalnız bir sıra hadisədən ibarət olub, hər hansı ideya ifadə etməyən bu dra-
matik materialın əleyhinə çıxacağımdan ehtiyatlanırdı. Musiqi yaradıcılığından
tamam uzaqlaşmışdı, halbuki, Venetsiyaya gələndən az sonra yazdığı “Fortepiano
üçün fantaziya” onun qabiliyyətinin bu istiqaməti barədə yüksək fikir oyadırdı.
Ancaq hər halda, Karl “Tristan”ın ikinci pərdəsi üzərində, indi daha əsaslı şəkildə
apardığım tamamlama işlərinə maraqla yanaşırdı. Axşamlar yenicə bitirdiyim
hissələri həm ondan ötrü, həm də Vinterbergerlə Tessari üçün səsləndirirdim: hər
dəfə əvvəlkindən də artıq təsirlənirdik. İşin arasına düşən uzun fasilə müddətində
Hertel partituranın birinci hissəsini buraxa bilmiş, Bülov isə ona fortepiano üçün
tərtibat vermişdi. Beləliklə, mühüm bir hissə hər cəhətdən hazır şəkildə qarşım-
da idi, əsəri bütövlükdə sona çatdırmağa gəldikdə, hələ bu işin yaradıcı gərginlik
mərhələsini keçirdim. Hazır olan pərdənin alətlər üzrə paylanma formasını ayrı-
ayrı vərəqlər halında çap üçün naşirə göndərmişdim və ilin ilk aylarında bu iş
xeyli irəliləmişdi. Martın axırlarında sonuncu vərəqi də Leypsiqə yolladım.
95
İndi bundan sonrakı yaşayışa dair planlar baxımından hansısa qərar qəbul
etmək zərurəti ilə üz-üzə idim. Qarşımda operanın üçüncü pərdəsini harada yaz-
maq kimi bir məsələ vardı: çünki onu işimin hamısını maneəsiz sona çatdırana
qədər yaşaya biləcəyim bir yerdə başlamağı qərara almışdım. Venetsiyada buna
ümid etmək olmazdı. İş yayın ortalarına qədər uzana bilərdi, mənim sağlamlığım
isə yayı burada keçirməyimə imkan vermirdi: həmin dövrdə Venetsiyanın iqlimi
mənim üçün ziyanlı idi. Gümrahlıq gətirən gəzintiləri dayandırmağım artıq özü-
nü güclü şəkildə hiss etdirirdi. Heç olmasa bircə yol əməlli-başlı yerimək üçün
bir dəfə qışın ortasında dəmiryolla Viterboya yollandım ki, bəlkə, ordan ölkənin
içərilərinə, üzü dağlara doğru bir neçə mil piyada gedə bildim. Ancaq sərt hava
üzündən planım baş tutmamışdı. Bunlara başqa xoşagəlməz amillər də əlavə
olundu, nəticədə Venetsiyanın xeyrinə olan təəssüratlarla geri qayıtdım: bura
məni küçələrdəki, at ayaqları altından qalxan toz-torpaqdan xilas edirdi. Üstəlik,
bundan belə Venetsiyada qalıb-qalmamaq heç də tək mənim iradəmdən asılı de-
yildi. Məni olduqca nəzakətli tərzdə polis komissarının yanına çağırmışdılar və o,
qəti bir şəkildə bildirmişdi ki, Vyanadakı Saksoniya səfirliyindən mənim Avstriya
əyalətlərindən birində qalmağıma qarşı davamlı etirazlar gəlir. Mən yalnız yaza
qədər burda qalmaq istədiyimi deyəndə o, icazə üçün həmin dövrdə vitse-kral