Rixard Vaqner
Mənim həyatım
508
lan ilk təqdimatına dair ətraflı məlumat üçün müraciət etdiyim Eduard Devrien
bildirdi ki, hersoq mənim orada iştirak məsələmi ümumilikdə həll olunmuş sayır.
Devrien bircə onun nə qərara gəldiyini bilmirdi: hersoq, mənim qayıdışıma icazə
almaq məqsədilə Saksoniya kralı qarşısında qaldırdığı vəsatət nəticəsiz qalacağı
təqdirdə, İttifaqla razılaşdırmadan, hansısa müstəqil addımlar atmaq fikrindədir,
yoxsa başqa vasitələrə əl atmağı nəzərdə tutur. Belə nəticəyə gəldim ki, indiki hal-
da Almaniyada yaşamağa icazə ala biləcəyimə ümid etməyə dəyməz.
94
Bunlardan əlavə, xüsusən də biz iki ayrı-ayrı evdə yaşamağa başlayandan
sonra, mənim az qala hər anım dolanışıq üçün vəsait tapmaq barədə düşünməklə
keçirdi. Xoşbəxtlikdən, bəzi iri teatrlar operalarımdan bərk yapışmışdılar və hələ
də onların qonorarına bel bağlaya bilərdim: əvvəl aldıqlarımdan bir qəpik də qal-
mamışdı. Nəhayət, “Tanhauzer”ə Ştutqart teatrı da müştəri çıxdı. Məndən ötrü
onun yeri bambaşqaydı, sonradan Vyanaya da adladı, orada əvvəlcə “Loenqrin”i
oynadılar, onun müvəffəqiyyətinin ardınca da, istər-istəməz “Tanhauzer”ə
girişməli oldular. O vaxtkı direktor K.Ekkertlə danışıqlarımın nəticələrindən razı
qaldım.
Bütün bu işlər qış ərzində, 1859-cu ilin yazına qədər davametdi. Ümumilikdə,
mən yenə də sakit və nizamlı həyat sürürdüm. Dekabrda ayağım tamam sağaldı
və mən qondolda Piassetuya qədər, oradan da evədək sürən ənənəvi gəzintilərimi
bərpa etməyə, yenidən davamlı şəkildə musiqiylə məşğul olmağa başladım. Milad
bayramı və Yeni il ərəfəsini tam tənhalıqda keçirdim. Yalnız gecələr – qeyri-adi
canlılığı ilə fərqlənən yuxularımda ətrafım xeyli qələbəlik olurdu.
1859-
cu il yanvarın əvvəlində, adəti üzrə, Karl Ritter otağıma gəldi. O, öz
pyesinin tamaşasıyla əlaqədar harasa getmişdi. Bu, onun bu yaxınlarda tamam-
ladığı, cavan ədibin böyük istedadından xəbər verən “Armida” əsəri idi. Ümumi
ideyası müəllifin psixoloji durumuna dair ürküdücü təəssürat oyatsa da, ayrı-ayrı
yerləri zərərli təsəvvür yaratsa da, pyes bütövlükdə, ən çox da Rinaldo ilə Armi-
danın görüşünün, onlarda eşqin, ehtirasın baş qaldırdığı məqamı nəzərə alanda,
gerçək sənətkar yanğısı ilə düşünülmüş və yaradılmışdı. Bu cür diletant laqeyd-
liyi ilə işlənən bütün əsərlər kimi, bu pyesin də səhnədə uğur qazanması üçün
bəzi cəhətlərini dəyişmək və düzəltmək lazım idi. Karl isə bu haqda eşitmək belə
istəmirdi. Dediyinə görə, Ştettin teatrının direktoru elə savadlı, üzüyola adamdır ki,
əsərdə mənim qeyd etdiyim nöqsanlara fikir verməyəcək. Karl yanılmışdı: Venetsi-
yaya, burada məqsədsiz-filansız, sadəcə, rahatlıq içərisində yaşamaq eşqilə qayıt-
mışdı. O, yeganə və əlçatmaz səadət kimi, Romanı rahib geyimində dolaşmaq, hər