507
Rixard Vaqner
Mənim həyatım
Özümü mənən möhkəmləndirmək üçün, dəfələrlə olduğu kimi, indi də
Şopenhauerdən yapışdım, varlığımı yeni bir qüvvə bürüdü. Eyni zamanda, məndə
onun sistemini önəmli dərəcədə genişləndirmək, öz əsərlərinə istinadən edərək
bəzi vacib boşluqları doldurmaqla əlaqədar qızğın bir istək baş qaldırdı.
93
Budönəmdəbaşqaşəhərlərlətəmaslarıməsasənrahatlıqgətirəcəkməzmunda
idi. Yalnız bir dəfə cənab Vezendonkun məktubu qanımı qaraltdı: dördyaşlı oğlu
Qvidonun ölüm xəbərini yazmışdı. Mənə belə gəldi ki, uşağın bədbəxtliyinin ba-
iskarı özüməm, çünki onun xaç atası olmaqdan hansısa bəhanəylə boyun qaçır-
mışdım. Bu itki məni dərindən təsirləndirdi. Sakitləşməyə ehtiyac duyduğumdan,
o dəqiqə ağlıma belə bir fikir gəldi ki, qısa müddətə Alp dağlarının o tayına səfər
edib, milad ərəfəsini köhnə dostlarımla keçirim. Bu fikrimi xanım Villeyə çatdır-
dım, ancaq onun özündən yox, ərindən aldığım olduqca gözlənilməz məzmunlu
cavab məni təəccübləndirdi. O yazmışdı ki, mənim Sürixdən qəfil gedişim,
xüsusən də, arvadımın hərəkətləri hamıya pis təsir edib və bütün bunlar Vezen-
donkları xeyli çətin vəziyyətə salıb. Vezendonk onda özünü ağıllı və tədbirli apar-
dığına görə mən bunu, dostluq münasibətlərimizin bərpasına ümid yeri qalması
baxımından, xeyrə yozmuşdum. Minna Drezdendəki qohumlarıgildə qalırdı. Bu
müddət ərzində həssaslıqla qeydinə qalmışdım və o da, bir qədər toparlanandan
sonra mənə yazdığı məktublarda böyük bir təmkin, sağlam düşüncə nümayiş etdi-
rirdi. Beləliklə də, həmin təsirli gecə səhnəsindən sonra məndə yaranan təəssüratı
qoruyub gücləndirməyə çalışırdı. Münasibətlərimizin bərpasının mümkünlüyünə
onu mən özüm ümidləndirmişdim, ancaq əlavə etmişdim ki, bu söhbət daimi ya-
şayış yerimiz olandan sonra baş tuta bilər. Mütləq Almaniyada, imkan olsa, elə
Drezdenin özündə yaşamaq fikrindəydim. Bu planlar barədə qəti qərara gəlmək
niyyətilə, vaxt itirmədən, Lütihauya məlumat verdim, çünki köhnə müdirimi
axtarıb tapan Minna onun insaniyyəti və mənə isti münasibəti barədə çox xoş
təəssüratlar yazmışdı. İş o yerə çatdı ki, mən Lütihauya çox səmimi bir məktub
yazıb, vəziyyəti ətraflı anlatdım. Cavabında ondan işgüzar üslubda bir neçə quru
sətirdən ibarət məktub aldım: Lütihau yazırdı ki, indilərdə mənim Saksoniyaya
qayıtmağımdan danışmağa dəyməz. Bu mənə yaxşıca dərs oldu. Başqa tərəfdən,
Venetsiya polisindən məlumat aldım ki, Saksoniya təmsilçisi israrla məni bura-
dan qovdurmağa çalışır. O buna nail ola bilmədi, çünki mənim İsveçrə pasportum
vardı və Avstriya hakimiyyətinin nəzərində kifayət qədər mötəbər hesab edilirdi.
Beləliklə, mənim Almaniyaya qayıtmağımla bağlı məsələ açıq qalırdı. Təkcə Bö-
yük Baden hersoqunun dost köməyinə ümidim vardı. “Tristan”ın nəzərdə tutu-