Rixard Vaqner
Mənim həyatım
506
saraylarla bərabər, aram-aram iri avarları dartan, yuxarı başda oturmuş qondol-
yeri də nura qərq elədi. Onun sinəsindən, vəhşi heyvan ulartısından seçilməyən
yanıqlı nalə qopurdu. Uzun-uzadı “O!”nun ardınca son dərəcə sadə avazla “
Ve-
nezia
!” -
deyə oxuyurdu. Arxasınca gələn nalənin məzmunu yadımda qalmayıb:
onda yaman dərindən həyəcanlanmışdım. Bu təəssüratlar, qondolyer nəğmələri –
mənim aləmimdə Venetsiyanı səciyyələndirən məhz bunlardır! “Tristan”ın ikinci
pərdəsini bitirənəcən bunlar mənim zehnimdən silinmədi. Ola bilsin, orada, Ve-
netsiyada üçüncü pərdənin əvvəlindən ötrü nəzərdə tutduğum çoban tütəyinin
uzun-uzun yanıqlı nəğmələri də elə bunlardan qaynaqlanmışdı.
92
Ancaq onları münasib formaya salıb işləmək ovqatına elə də tez və asan
köklənə bilmədim. Səhhətimin pozulması və yaxa qurtara bilmədiyim maddi sı-
xıntılar məni tez-tez, həmdə xeyli müddətə işdən ayırırdı. Üzü şimala, küləktutan
səmtə baxdığına görə soyuğun ağzında olan mənzilimi birtəhər qaydaya salıb,
dizenteriyadan güclə qurtulub “Tristan”ın ikinci pərdəsinin düyünə düşmüş
kələfini yenicə ələ almağa başlamışdım ki, iqlimin və havanın kəskin dəyişilməsi
üzündən, sırf Venetsiya azarı olan bir bəlaya düşdüm: ayaqlarıma pis-pis çi-
banlar çıxdı. Əvvəlcə əhəmiyyət vermədiyim bu azar çox keçmədən o qədər
şiddətləndi ki, həkimə üz tutmalı, dörd həftəyə yaxın müalicə almalı oldum. Pa-
yızın axırlarında, noyabrın sonlarına yaxın Ritter məni tərk etdi: doğmalarını,
dostlarını görmək üçün Drezdenə və Berlinə gedəcəkdi. Beləliklə, uzun sürən
xəstəlik zamanı təklənib, otel xidmətçisinin ümidinə qaldım. İşləyə bilmirdim,
qraf Darünün “Venetsiyanın tarixi” əsəri ilə başımı qatırdım: onu burada, aid
olduğu yerdə oxumaq maraqlıydı. Bu kitab qədim Venetsiyadakı hakimiyyətin
qəddarlığı barədə əvvəlki təsəvvürlərimdə müəyyən qədər dəyişiklik yarat-
dı. Bədnam Onluq Şurasını və dövlət inkvizisiyasını indi bir az başqa donda
-
nəsə fərqli, qorxunc və qəddar bir avamlıq donunda görürdüm. Bu qənaətə
gəlmişdim ki, “Məxfilik dövlətin qüdrətinə ən mühüm təminatdır” tipli açıq
bəyanat hər bir vətəndaşda bu gözəl respublikanın qorunub-saxlanılmasına ma-
raq oyatmağa hesablanıb. Belə olan halda, fərdi fəaliyyət respublika qarşısında
əsl mükəlləfiyyətə, həqiqi riyakarlıq bu quruluşa yad idi. Dövlətlə hər nə qədər
yaxından bağlı olsa da, kilsə amili Venetsiyada vətəndaşların xarakterinə heç
də İtaliyanın digər əyalətlərindəki qədər alçaldıcı-azdırıcı təsir göstərməmişdi.
Dövlət mənafeyi barədə amansız təsəvvürlər qədim bütpərəstliyə xas, cəlbedici
səciyyə daşıyan qanunlara çevrilir, eynilə, Fukididin yazdığı kimi, hədsiz
səmimiyyətlə ifadə edilən, müdrik və mərdanə əxlaq qaydaları tək qəbul olunan
Afina ehkamlarını xatırladırdı.