505
Rixard Vaqner
Mənim həyatım
silsiz möhtəşəmliyindənmi, yoxsa çılğın səsləri ram edib ahəngdarlıq yaradan
musiqidənmi?! Çatışmayan bircə cəhət vardı, o da, yəqin ki, italyan dinləyicilərdən
gözlənilən adi bir hal idi. Min nəfərlik kütlə orkestrin ətrafında toplaşıb musiqini
böyük diqqətlə dinləyirdi, ancaq qətiyyən alqış səsləri eşidilmirdi: Avstriya hərbi
musiqisini bəyənməyin istənilən aşkar ifadəsi vətənə xəyanət sayıla bilərdi. İtal-
yan dinləyicilərlə əcnəbilər arasındakı gərgin münasibətlər bütövlükdə Venetsi-
yanın ictimai həyatına xələl gətirirdi. Əhali xüsusən yerli cəmiyyətə qaynayıb-qa-
rışa bilməyən, onun ən üst təbəqəsindən kənara çıxmağı bacarmayan avstriyalı
zabitləri xoşlamırdı. Yerli sakinlər əksər hissəsi italyan mənşəli olan ruhanilərə də
bir o qədər soyuq, hətta acıqlı yanaşırdılar. Dini mərasimlə əlaqədar Müqəddəs
Mark meydanı ilə təntənəli yürüşə çıxan izdihamı camaatın açıq-aşkar acı isteh-
zayla müşayiət etməsinin şahidi olmuşdum.
91
Həmin vaxt sanki üstümə bir ağırlıq çökmüşdü və özüm də istəmədən
gündəlik nizamımı pozmalı oldum. Arabir Ritterin dəvətlərini qəbul edib qale-
reya və kilsələrə baxmağa gedirdim, hərçənd ki, şəhərin təsvirəgəlməz dərəcədə
özünəməxsus memarlığına və başqa gözəlliklərinə hər dəfə yenidən vurulurdum.
Ən çox qondolla Liloya gəzintiyə çıxmaqdan ləzzət alırdım. Gün batan çağı evə
qayıtmaq xüsusi bir zövq idi. Bənzərsiz təəssüratlar ruhuma hakim kəsilmişdi.
Sentyabrda, hələ Venetsiyaya yenicə gəldiyimiz vaxt bütün parlaqlığıyla görünən
kometanın möcüzəli seyrindən ləzzət almışdıq. Onun peyda olması müharibə
fəlakətindən xəbər verirdi. Venetsiyalı bir hərbi sənaye məmurunun təşkil etdi-
yi ifaçılar cəmiyyətinin xoru axşamlar öz ifası ilə sanki gölləri dilə gətirməsi əsl
idilliya idi. İfaçılar əsasən üçsəsli, təbii ahəngə malik xalq mahnıları oxuyurdular.
Yuxarı səs Altın diapazonuna çatmır, sopranoya keçmirdi, bu da bütün xora tam
bir yeniyetmə avazı verirdi. Bəzi axşamlar bu ifaçılar – qondolçular geniş, işıqlı
qondolla Böyük Kanal boyunca üzüb gedir, ayrı-ayrı sarayların önündə dayanıb,
şabaş müqabilində serenadalar oxuyur, sonra isə, sayı bilinməyən başqa qondolla-
rın müşayiətilə, yola davam edirdilər. Bir gecə yuxum qaçmışdı, saat üç olardı, ey-
vana çıxdım və ilk dəfə qondolda gəzən ifaçıların ünlü mahnısını bütün təbiiliyilə
dinlədim. Gəzintinin ilk on beş dəqiqəsində
Rialto
dan ilk avaz ucaldı: gecənin
səssizliyində gileyli iniltini xatırladırdı. Qarşı tərəfdən, uzaqlardan eynilə o cür
səda qopdu. Bu qəmli səsləşmələr uzun fasilələrlə davam etdi və məni o qədər
heyrətləndirdi ki, o an ifanın ən adi hissələrini də yadda saxlaya bilmədim. Son-
ralar imkan düşəndə mən bu xalq mahnılarının poetik nöqteyi-nəzərdən böyük
maraq kəsb etdiyinə əmin oldum. Bir dəfə gecədən xeyli keçmiş, tutqun görünüşlü
kanal boyu evə qayıdırdım. Birdən ay doğdu, təsvirəgəlməz gözəlliklərə malik