Rixard Vaqner
Mənim həyatım
504
90
Venetsiyada keçirdiyim7 ay ərzindəmənimözgələrlə ünsiyyətimbu az sayda
tanışlıqlarla məhdudlaşmışdı. Günlərim yüksək intizamla bölünmüşdü: saat ikiyə
qədər işləyir, sonra tutqun görünüşlü Böyük Kanalla şənlik saçan
Piasetta
ya qədər
getmək üçün məni gözləyən qondola minirdim və bu inanılmaz dərəcədə gözəl
yaşantı hər dəfə əhval-ruhiyyəmə yeni bir canlanma gətirirdi. Orda, Müqəddəs
Mark meydanındakı tanış restoranda nahar edəndən sonra təkbaşına, ya da Karl-
la bərabər
Riva
boyunca,
Giardino Pubblico
istiqamətində, Venetsiyanın sıx ağaclı
yeganə parkının həndəvərində gəzişirdik. Gecə düşəndə yenidən qondola əyləşib,
daima tutqun, axşam saatlarında səssizləşən kanalla həmin yerə – otağımın lampa
işığı düşən pəncərəsinin qədim
Palazzo Giustiniani
nin fasadından mənə sarı boy-
landığı nöqtəyə üz tuturdum. Hələ bir müddət də işləyirdim, sonra isə Karl yanı-
ma gəlirdi, onun gəlişini qondolun düz saat 8-də eşidilən şappıltısı xəbər verirdi.
Çay içə-içə bir neçə saat fasiləsiz çərənləyirdik. Yaşayışımdakı bu qaydanı nadir
hallarda, hansısa teatra getməklə pozurdum.
Camploi
teatrının dram tamaşalarına
üstünlük verirdim, orada Qoldoninin komediyalarını yaxşı oynayırdılar. Operaya
yalnız ötəri maraq üzündən diqqət ayırırdım.
Malibran
teatrında gündüzlər verilən
xalq tamaşalarına, xüsusilə də pis hava üzündən gəzintiyə çıxa bilmədiyimiz
vaxtlarda, daha tez-tez gedirdik. Giriş 6 kreyserə başa gəlirdi, oraya əla publika
(
əksəriyyəti də surtuksuz!) toplaşırdı, onlar üçün cəngavərlik dövrünə aid tama-
şalar oynanılırdı. Bir dəfə orada, vaxtilə Höteni valeh edən, “
Le baruffe Chioggio-
te
adlı komediya-qroteskə baxmışdım, bu məni həm çox təəccübləndirmiş, həm
də son dərəcə sevindirmişdi. Onu realistcəsinə oynamışdılar, beləsini bir daha
görmədim.
Ümumilikdə, Venetsiyanın istismar və tənəzzül izlərini öz üzərində daşı-
yan həyatı məni az maraqlandırırdı. Bu heyrətamiz şəhərin möhtəşəm dağıntıları
əcnəbilərdə hardasa kurort təəssüratı yaradırdı. Nə qədər qəribə də olsa, Venetsi-
yalı dinləyicilərə məni məhz Avstriya ordusunda ifa olunan alman hərbi musiqisi
tanıtdı. Venetsiyada yerləşən hər iki Avstriya polkunun kapelmeysterləri mənim
Riensi”, “Tanhauzer” uvertüralarımı səsləndirmək niyyətindəydilər və orkest-
rin kazarmadakı məşqlərinə qatılmağımı xahiş etdilər. Tam tərkibdə zabit heyəti
məni orada böyük hörmətlə qarşıladı. Alay orkestrləri axşamlar növbə ilə, par-
laq işıqlandırılmış Müqəddəs Mark meydanında çıxış edirdilər, bura, öz akustik
şəraitinə görə, belə konsertlər üçün olduqca münasib idi. Bəzən elə olurdu ki, res-
toranda yemək yediyim vaxt birdən mənim uvertüralarımın sədaları yüksəlirdi.
Başımı pəncərədən çıxarıb, bütün varlığımla həzzə qapılırdım, daha çox nədən
təsirləndiyimi bilmirdim: insanların dəniz kimi dalğalandığı işıqlı meydanın mi-