503
Rixard Vaqner
Mənim həyatım
çıxıb getməli olacağam. Belə olanda, o yenidən məni sakitləşdirərək dedi ki, knya-
ginyadan söz salmaqla buranın sahibinin gözünə kül üfürmək istəyibmiş. Əslində
isə, knyaginya tamam başqa bir yerdə qərar tutub. Mən bir də ondan bu saraya
hansı məramla gəldiyini xəbər aldım və diqqətinə çatdırdım ki, bura çox baha-
lı yerdir, burda tənhalığa çəkilmək, qonşulardan, onların fortepiano səslərindən
uzaq olmaq naminə bir aləmpul xərcləməli olmuşam. Oməni əmin etdi ki, zəhləmi
tökmək fikrində deyil, burada, yalnız özünə başqa bir mənzil tapana qədər qala-
caq. Sonra o, ilk növbədə, Karl Ritterin gözünə girməyə səy göstərdi. Ritter ona
yer tapmaqda kömək etdi, həmin otaq mənim qaldığımdan xeyli aralı idi, ordan
buraya heç bir səs-küy gəlib çata bilməzdi. İstər-istəməz bu qonağın mənimlə eyni
sarayda qalması ilə barışmalı oldum. Ritterə bir axşam onu yanıma gətirməsi üçün
icazə verənə qədər aradan xeyli vaxt ötdü.
Mənimlə ünsiyyət qurmaq ondan da çox, Tessarin adlı Venetsiyalı musi-
qi müəllimini sevindirdi. Bu adam çox yaraşıqlı idi, tələffüzündə də xüsusi şi-
rinlik vardı. Alman musiqisinin alovlu pərəstişkarı kimi, o, həm Listin ən yeni
əsərlərindən, həm də mənim operalarımdan xəbərdar idi. Bu baxımdan, özünü
italiyalı soydaşları arasında “ala qarğa” hesab edirdi. Onun mənimlə tanışlığı Ve-
netsiyada, işləməkdən daha artıq, kimin kim olduğunu öyrənməyə baş vuran Rit-
terin sayəsində alındı.
Riva dei Schiavoni
də kiçik, həddən artıq sadə, hər tərəfdən
gün vuran bir mənzil tutmuşdu, buna görə də otağını qızdırmağa ehtiyac qalmır-
dı. Yığcam mənzil ona, özündən çox, yol əşyaları üçün lazım idi, çünki, demək
olar, otağında tapılmırdı. Gündüzlər rəsm qalereyaları və muzeylərdə dolaşır,
gecələri Müqəddəs Mark meydanına yaxın kafedə keçirir, Venetsiyalılara bələd
olmağa can atırdı.
Ritter davamlı olaraq hər gün görüşdüyüm yeganə adam idi. Hər cür tanış-
lıqdan uzaq durur, hər cür görüşdən yayınırdım. Təzəlikcə Venetsiyaya gəlmiş və
deyəsən, özünə gözəl bir ev tuta bilmiş knyaginya Qolitsınanın şəxsi həkimi onun
bu yaxınlarda mənimlə görüşmək istədiyini xəbər verdi. Mənə “Tanhauzer”in və
Loenqrin”in fortepiano üçün işlənmiş variantları lazım idi və eşitdiyimə görə,
bunlar bütün Venetsiyada yalnız knyaginyada vardı, odur ki, təntənəsiz-filansız,
heç şəxsən görüşüb-eləmədən, bunları ondan götürmək istədiyimi bildirdim.
Tək bircə dəfə bir əcnəbini öz otağıma dəvət etmişdim: onunla
Albergo
St.Marco”
da rastlaşmışdıq, siması mənə xoş gəlmişdi. Bu, vyanalı rəssam Raal idi.
Onun, knyaz Dolqorukinin və musiqi müəllimi Tessarinin xətrinə, musiqili gecəyə
oxşar tədbir təşkil edib, öz əsərlərimdən bəzilərini səsləndirmişdim. Həmin gecədə
Vinterberger də çıxış etmişdi.