557
Rixard Vaqner
Mənim həyatım
bilirəm. Həmçinin müəllif hüquqlarına əsaslanaraq operamın bundan sonra
səhnələşdirilməsinə qadağa qoyuram. Hamı bu qadağanın gözə kül üfürməkdən
ibarət olmamasına təəccübləndi. Çünki dördüncü və beşinci tamaşalar elan olun-
muşdu və rəhbərlik etirazını bildirdi. Belə ki, onun da bu tamaşalara gələ bilmək
üçün az qala teatrın qapılarını sındıran auditoriyaya qarşı müəyyən öhdəlikləri var.
Yalnız Trüinenin vasitəçiliyi ilə növbəti gün “
Journal des Debats”
da məktubumun
nəşr olunmasını təşkil edəndən sonra rəhbərlik bəyan etdi ki, partituranın qayta-
rılması ilə razılaşır.
Məsələnin bu cür həlli mənim tapşırığımla Ollivyenin idarə etdiyi Linda-
uya qarşı prosesə də son qoydu. Lindau özünü digər iki nəfərlə bərabərhüquqlu
üçüncü əməkdaş hesab edərək əsərin “müəllif hüquqları”na öz payını tələb edirdi.
Vəkili Mari onun tələbinin düzgünlüyünü guya mənim özümün irəli sürdüyüm
prinsiplə - əsas mahiyyət melodiyadan yox, mətnin intonasiya ilə oxunmasından
ibarətmiş – sübuta yetirməyə çalışırdı. Roş və ya Trüine bunun üçün heç bir şey
edə bilməzdilər. Çünki alman dilini bilmirdilər. Ollivye buna qarşı elə enerjili çıxış
etdi ki, az qala melodiyamın musiqi dəyərinin sübutu üçün “Axşam ulduzu”nu
hakimlər qarşısında özü ifa edəcəkdi. Onun aqrumentləri ilə razılaşan hakimlər
rəqibimin iddiasını rədd etdilər. Lakin işin əvvəlində müəyyən qədər iştirak etdi-
yini nəzərə alaraq məndən kiçik mükafat əldə etmək hüququnu verdilər. İstənilən
halda “Tanhauzer”in Paris tamaşasının gəlirlərindən bunu ödəyə bilməzdim. Çün-
ki operamı geri götürdükdən sonra Tryuinenin razılığı ilə musiqi və mətn üçün
müəllif qonorarının hamısını yazıq Roşa vermək qərarına gəlmişdim. Əsərimin
uğursuzluğu ilə onun ağır maddi vəziyyətini yaxşılaşdırmaq üçün onun son ümi-
di də əldən çıxmışdı.
138
Tanhauzer”in uğursuzluğundan sonra belə bir vəziyyətdə Parisdə qur-
duğum bəzi münasibətlər də pozuldu. Bir neçə ay ərzində vaxtımın bir hissəsini
alman səfirliklərinin əhəmiyyətli yardımını alan və qarşısında yaxşı musiqinin
artistik ifası yolu ilə teatrdan kənarda, cəmiyyətin yüksək təbəqələrində maraq ya-
ratmaq məqsədi qoyan, ən aristokratik elementlərdən ibarət
Cercle artistique
alırdı.
Bədbəxtlikdən o, musiqinin yayılması fəaliyyətini jokey-klubun atçılığı yaymaq
fəaliyyəti ilə müqayisə etmək kimi uğursuz bir fikrə qapılmışdı. Hər necə olsa da,
dərnək musiqi aləmində nisbətən məşhurlaşmış hər şeyi özünə cəlb etməyə can
atırdı: 200 frank ödəyərək ora üzv yazılmalı idim. Bunun əvəzində Quno və digər
Paris məşhurları ilə birlikdə Oberin sədrlik etdiyi bədii komitəyə üzv seçilmiş-
dim. Biz tez-tez qraf d`Omonun evində iclaslara toplaşırdıq. Bu çox cevik olan