Rixard Vaqner
Mənim həyatım
558
gənc adam dueldə bir əlini itirmişdi və musiqi ilə diletant kimi məşğul olurdu.
Elə burada gənc şahzadə Polinyakla tanış olmuşdum. O, məni əsasən “Faust”u
tam tərcümə edən insanın qardaşı kimi maraqlandırırdı. Bir dəfə onun evində
səhər yeməyində iştirak etməli olmuşdum. Bu zaman Polinyak musiqi sahəsində
fantaziyalarını mənə açmışdı: o məni Bethovenin A-Dur simfoniyası barədə kon-
sepsiyasının düzgünlüyünə inandırmağa çalışırdı. Dediyinə görə, o, əsərin son
hissəsində gəmi qəzasının bütün mərhələlərini aydınlıqla izləyə bilərdi. Əvvəllər
mənim də musiqi bəstələməli olduğum böyük klassik konsertlərin təşkili məqsədi
ilə keçirilən ilk ümumi iclaslarımız Qunonun iştirakı ilə canlanırdı. O, pedantik
səylər və şitlikdən məhrum olmayan yorulmaz səylərlə katib vəzifəsini yerinə ye-
tirirdi. Ober final təsiri yaratmağa hesablanmış kiçik, nazik bon-motsları ilə ic-
lasları idarə etməkdən çox, mane olurdu. “Tanhauzer”in qəti uğursuzluğundan
sonra bir daha komitənin iclasına dəvət aldım. Lakin sədrə Almaniyaya qayıtma-
ğı nəzərdə tutduğum üçün cəmiyyətdən çıxdığımı bildirərək bir daha iclaslarda
görünmədim.
Bundan sonra yalnız Quno ilə dostluq münasibətlərini saxladım. Deyirdilər
ki, o, hər yerdə mənim haqqımda böyük entuziazmla danışır. Ona minnətdarlığımı
bildirmək üçün “Tristan və İzolda”nın partiturasını hədiyyə etmişdim. Çünki
onun münasibəti məni sevindirirdi. Məsələn, heç bir dostluq münasibətləri məni
Faust”a qulaq asmağa vadar edə bilməzdi.
139
Ümumiyyətlə, enerjili şəkildəmənimmüdafiəməqalxanbir çox şəxslərlə tanış
olmuşdum. Meyerberin diqqətindən kənarda qalmış kiçik jurnallar tez-tez uğurlu
fikirlər bildirərək məni tərifləyirdilər. Bir yerdə oxumuşdum ki, “Tanhauzer” “la
symphonie chantee
dir. Bodler həddindən artıq istedadlı və kəskin kitabça burax-
mışdı. Jül Janen məni “
Journal des Debats
da çıxan felyetonu ilə heyrətləndirmişdi.
O, ənənədən bir qədər kənara çıxan uzun qeyddə bütün bu epizod barədə çaş-
qınlıqla bəhs etmişdi. Teatrlarda “Tanhauzer”ə parodiyalar qoyulurdu. Müzarın
isə tamaşaçı cəlb etmək üçün hər gün proqramlarında iri hərflərlə onun uvertü-
ra elanını verməkdən başqa çarəsi yox idi. Padelu tez-tez nümayişkəranə şəkildə
mənim əsərimi ifa edirdi. Nəhayət, Avstriya hərbi müvəkkilinin həyat yoldaşı
qrafinya Levental evində böyük musiqi ziyafəti təşkil etmişdi. Orada xanım Vi-
ardo “Tanhauzer”dən bir neçə nömrə ifa etmiş və buna görə 500 frank almışdı.
Qəribə olsa da, mənim taleyimi “
Les Funerailles de
l`Honneur
dramı ilə qalmaqallı
uğursuzluğa düçar olmuş de la Vakrinin taleyi ilə eyniləşdirirdilər. Dostları onun
şərəfinə ziyafət təşkil etmişdilər və ora mən də dəvət olunmuşdum. Hər ikimizi