Rixard Vaqner
Mənim həyatım
560
əsərlərimi məşhurlaşdırmaq kimi ciddi tendensiyaya yox, özlərini əyləndirməyə
xidmət etdiyindən əmin olan Erlanger fikrindən soyudu.
140
Belə kədərli nəticələr Erlangeri mənim taleyimdə sonrakı iştirakdan imtina
etməyə vadar etdi. Kommersiya baxımından o, aramızda bağlanmış müqaviləyə
uğursuzluğa düçar olmuş ticari təşəbbüs kimi baxırdı. Maliyyə vəziyyətimin
qaydaya salınmasını digər dostlarıma etibar etməli idim. Qraf Qatsfeldə mənim
tələblərimi öyrənməyi tapşırmış alman səfirlikləri bu cəhətdən böyük nəzakət
nümayiş etdirmişdilər. Buna cavab olaraq vəziyyətimin həqiqətən nə yerdə oldu-
ğunu təsvir etdim və bildirdim ki, imperatorun mənim əsərimi səhnələşdirmək
əmri nəticəsində vaxtımı boş yerə heç bir bəhrə verməyən uğursuz təşəbbüsə
sərf etmişəm. Üstəlik, baş verənlərdə heç bir günahım yoxdur. Dostlarımın məni
laqeydlikdə qınamağa əsasları vardı. Əvvəlcədən dəyən zərərin ödənilməsi ilə
bağlı şərt qoymağı unutmuşdum. Halbuki, bu fransızların praktiki düşüncəsinə
görə, tam təbii olardı. Həqiqətən, əməyim və vaxtım üçün heç bir mükafat tələb
etməmişdim. Yalnız uğur qazandığım halda ayrılacaq müəllif qonorarına ümid
edə bilərdim. Lakin indi səhvimi düzəltmək üçün opera rəhbərliyinə və im-
peratora müraciət edə bilmədiyim üçün knyaginya Metternixin işi öz boynu-
na götürməsi ilə kifayətlənməli oldum. Elə həmin vaxt qraf Purdales Prussiya
regent-şahzadəsini “Tanhauzer”i mənim xeyrimə səhnələşdirməyə razı salmaq
üçün Berlində dayanmışdı. Təəssüf ki, şahzadə mənə qarşı düşmən mövqedə
olan intendantı fon Hülzenin müqavimətini qıra bilməmişdi. Uzun müddətin tam
köməksiz qalacağımı görübmükafatməsələsindəmaraqlarımınmüdafiəsini böyük
himayədarımın ixtiyarına buraxmalı idim. Özüm isə aprelin 15-də (“Tanhauzer”in
səhnələşdirilməsindən sonrakı bütün hadisələr bir ay kimi qısa müddət ərzində
baş vermişdi) gələcək fəaliyyətimə zəmin hazırlamaq üçün qısa müddətə Almani-
yaya yola düşdüm.
Əsl tələblərimi başa düşən yeganə adam – Bülov da Paris hadisələrinin xa-
osundan azad olub məndən əvvəl ora getmişdi. O,
Karlsrue
dən böyük hersoq
ailəsininyaxşı əhval-ruhiyyədəolduğunuxəbər vermişdi vəməndərhal “Tristan”ın
hər dəfə təxirə salınan tamaşası ilə ciddi şəkildə məşğul olmağa qərar verdim. Bu
məqsədlə
Karlsrue-
yə yollandım və yalnız böyük Baden hersoqunun məni qeyri-
adi dərəcədə səmimi qarşılaması tələsik qəbul edilmiş qərarımı möhkəmləndirə
bilərdi. O, məndə özünə qarşı ciddi inam aşılamaq ehtiyacı duyurdu. Gənc həyat
yoldaşının da iştirak etdiyi mehriban söhbət zamanı o hiss etdirməyə çalışırdı ki,
mənə opera bəstəkarı olmağımdan daha çox (
bu barədə mühakimə yürütmək üçün nə