561
Rixard Vaqner
Mənim həyatım
meyli, nə də kifayət qədər məlumatı var idi),
almansayağı azad fikirlərim üzündən çox
əziyyətlər çəkmiş insan olduğuma görə dərin rəğbət bəsləyir. Kifayət qədər ay-
dın səbəblərdən siyasi keçmişimə xüsusi əhəmiyyət verməməyimi müəyyən qədər
təmkinli olmağımın və ona lazımi etibar göstərməməyimin nəticəsi hesab edirdi.
Hersoq məni həvəsləndirmək üçün bildirdi ki, əgər bu istiqamətdə səhvlərə, hətta
böyük günahlara yol verilibsə, bunun təqsiri Almaniyada qalıb orada xoşbəxtlik
tapmadan cinayətlərinin əvəzini daxili əzablarla ödəyənlərin boynuna düşür. İndi
Almaniyadan qovulan şəxslərə qarşı buraxılan səhvləri düzəltmək öhdəliyini on-
lar yerinə yetirməlidirlər. Hersoq müdirə müvafiq tapşırıqlar verərək teatrının
qapılarını məmnuniyyətlə mənim üzümə açdı. Müdir – köhnə “dostum” Eduard
Devrien keçirdiyi pərtliklə Bülovun onun mənə qarşı qeyri-səmimi münasibəti
barədə müşahidələrini təsdiqlədi. Böyük hersoqun gözəl qəbulunun məndə yarat-
dığı sevinci əhval-ruhiyyə ilə tezliklə (
zahirən olsa da
)
Devrieni də mənə lazım olan
məsələyə meylləndirə bildim. O, mənimlə birlikdə “Tristan”ın səhnələşdirilməsi
barədə ciddi müzakirələrə başlamalı idi.
Hazırda, xüsusilə, Şnorrun Drezdenə getməsindən sonra əlində uyğun ifaçı-
ların olmadığını rədd etmək onun ağlına gəlmirdi və Devrien mənə Vyananı işarə
verdi. Ümumiyyətlə, o, operalarımı indiyədək mənə lazım olan bütün şərtlərin
mövcud olduğu Vyanada səhnələşdirməməyimə təəccübünü gizlətmirdi.
Karlsrue-
dəki bir neçə təcili tamaşanı nə üçün Vyana teatrının repertuarına düşməkdən im-
kanından üstün tutduğumu güclə başa saldım. İstənilən halda
,
mən
Karlsrue-
qastrolçu kimi gələn Şnorrdan əlavə “nümunəvi tamaşa” üçün lazım olan bütün
ifaçıları seçmək üçün razılıq əldə edə bildim.
141
Bu, Vyanaya səfər etmək ehtiyacı yaratdı və mən əvvəlcə Parisə yola düş-
düm. Buradakı işlərimi elə qaydasına salmaq istəyirdim ki, planımın sonrakı
hissəsini yerinə yetirmək üçün özümü kifayət qədər hazır hesab edim. Təəssüf,
altı gün ayrılıqdan sonra mən yalnız lazım olan pul vəsaitlərini haradan tapaca-
ğım barədə düşünməli oldum. Bu şəraitdə müxtəlif rəğbət ifadələri və səmimi
yaxınlaşma cəhdləri mənim üçün həm ağır, həm də əhəmiyyətsiz idi. Hələlik,
knyaginya Mettrnixin mənim xeyrimə kifayət qədər geniş miqyasda düşünülmüş
əməliyyatları müəmmalı şəkildə ləng gedidi. Köməyimə bir vaxtlar Sürixdə ta-
nış olduğum kommersant Ştürmer gəldi. O, Parisdə mənə səmimi şəfqət və qayğı
ilə yanaşırdı. Bu adamın sayəsində evimi müvəqqəti qaydaya salıb Vyanaya yola
düşə bildim. List çoxdan Parisə gəlmək istəyirdi və ötən əndişəli həftələr ərzində
mən tez-tez bütün qəlbimlə onun yanımda olmağını arzulayırdım: asanlıqla eh-
timal etmək olardı ki, məhz o, Paris məşhurları arasındakı müstəsna mövqeyi ilə