Rixard Vaqner
Mənim həyatım
562
mənim qarışıq vəziyyətimə təsir göstərə bilər. Lakin o, gecikməyi barədə bütün su-
allarıma müəmmalı, qeyri-müəyyən cavablar verirdi. Ona görə Vyanaya getməyə
hazırlaşdığım vaxtda Listin yaxın günlərdə Parisə gələcəyi xəbəri xüsusilə istehza-
lı göründü! Lakin mən yalnız ağır vəziyyətdən çıxış yolu barədə düşünməli idim.
Bunun üçün yeni əlaqələr yaratmağa ehtiyac var idi. Köhnə dostumun gəlişini
gözləməmiş mayın ortasında Parisi tərk etdim.
Əvvəlcə
Karlsrue
yə böyük hersoqla ikinci görüş üçün qayıtdım. Yenə meh-
riban qarşılanmışdım və “Tristan”ın nümunəvi tamaşası üçün Vyanada seçdi-
yim ifaçıları işə dəvət etmək üçün icazə almışdım.
Karlsrue
dən birbaşa Vyanaya
yola düşmüşdüm və “
Erzherzog Karl
otelində qalmışdım. Kapelmeyster Esser
hələ əvvəlcədən operalarımın bir neçə dəfə səhnələşdirilməsinə söz vermişdi.
Həqiqətən, ilk dəfə burada “Loenqrin”i səhnədə gördüm. Opera dəfələrlə nüma-
yiş edilsə də, heyət mənim istəyimə uyğun olaraq tam məşq üçün yığılmışdı. Or-
kestr girişi elə hərarətlə ifa etmişdi ki, ifaçıların səsləri, artistik üstünlükləri parlaq-
lığı ilə elə seçilirdi ki, əsər onlara o qədər tanış idi ki, bu təəssüratlara məğlub olub
tamaşanı ümumilikdə tənqid etmək həvəsini itirmişdim. Dərindən təsirləndiyim
ətrafdakıların gözündən qaçmamışdı və Hanslik özünü təqdim etmək üçün bun-
dan uyğun an olmadığını düşünmüşdü. Heç tanımadığım adam kimi onun qarşı-
sında əyildim. Bu zaman tenor Ander onu bir daha təqdim edib dedi ki, Hanslik
mənim köhnə tanışımdır. “Cənab Hansliki çox yaxşı xatırlayıram” deyib, yenidən
bütün diqqətimi məşqə verdim. Vyanalı dostlarım da bir vaxtlar məni ən təhlükəli
rəyçiyə xüsusi diqqət ayırmağa razı salmaq üçün uğursuz cəhdlər edən londonlu
dostlarımla eyni hissləri keçirirdilər. Hələ gənc yaşlarında universitetə daxil olma-
mışdan əvvəl Drezdendə “Tanhauzer”in ilk tamaşalarından birində iştirak edən
Hanslik böyük həvəslə əsərim barədə məruzə oxumuşdu. Lakin operalarımı Vya-
nada səhnəyə qoyandan bəri Hanslik mənim ən alovlu əleyhdarlarımdan birinə
çevrilmişdi. Mənə rəğbət bəsləyən teatr heyətinin həmin andan yalnız bir qayğısı
var idi: məni rəyçi ilə birtəhər barışdırmaq. Lakin heç nə alınmadı və məncə, Vya-
na tamaşalarımdan hər birinin sonrakı uğursuzluqlarını bu insanın mənə qarşı
düşmənçiliyi ilə əlaqələndirənlər düzgün fikirdə idilər.
142
Lakin hələlik, bütün xoşagəlməzliklər mənə rəğbət duyulan əhvalda
itib-batmışdı. “Loenqrin”in iştirak etdiyim tamaşası yalnız Vyana auditoriyası
tərəfindən gördüyüm coşğun alqışlarla müşayiət olunmuşdu. İki digər opera-
mın tamaşasını təyin etmək istəyirdilər. Lakin mən həmin axşam yaşadıqlarımın
təkrarlanmasından qorxmuşdum. Üstəlik, “Tanhauzer”in səhnələşdirilməsindəki