563
Rixard Vaqner
Mənim həyatım
böyük nöqsanlardan xəbərdar olduğum üçün yalnız nisbətən mütəvazi olan
Uçan hollandiyalı”nın bir tamaşasını qəbul etdim. Bunun əsas səbəbi parlaq çı-
xış edən ifaçı Bekki dinləmək ehtiyacı idi. Bu dəfə də auditoriya öz heyranlığını
nümayiş etdirdi. Ümumi şəfqətin əhatəsində əsas məqsədimi həyata keçirməklə
məşğul ola bilərdim. Təhsil alan gənclik mənim şərəfimə məşəlli yürüş təşkil
etmək istəmişdi. Lakin bundan imtina etməklə Esserin hörmətini qazanmışdım.
Həm o, həm də yüksək rəhbərlik bu triumfları necə istifadə etmək lazım oldu-
ğunu soruşurdular. Özümü imperatorun oberqofmeysteri qraf Lankoronskiyə
təqdim etdim. Qrafın incəsənətdən və onun ehtiyaclarından heç nə anlamayan
qəribə bir cənab olduğunu demişdilər. Operanın görkəmli qüvvələrinin, əsasən
xanım Dutsmanın (
keçmişdə Luiza Meyer
)
və Bekkin, bəlkə də Anderin
Karlsrue
layihələşdirilən “Tristan” tamaşası üçün uzunmüddətli məzuniyyətə çıxmasına
izn almaq istəyimi bildirəndə o, bunun qeyri-mümkün olduğunu deyib quru ca-
vab vermişdi. Vyana operasının heyətini özümə uyğun hesab edir, yeni əsərimi
burada səhnələşdirməyin daha məntiqli olduğunu düşünürdüm. Tezliklə bu cür
nəzər nöqtəsinə müqavimət göstərmək üçün enerjimi itirdim.
İşin yeni gedişatı barədə düşünərək saraydan çıxanda çox yaraşıqlı bir cənab
yaxınlaşdı və ekipajla məni mehmanxanaya qədər ötürməyi təklif etdi. Bu, əsasən
yüksək cəmiyyətdə çox məşhur olan həkim İosif Ştandqartner idi. Bu musiqi
aşiqi ən sadiq ömürlük dostlarımdan birinə çevrildi. Həmin vaxt Vyana musiqi
aləmini Listin kompozisiyaları ilə fəth etməyi arzulayan və hələ ötən qış özünün
dirijorluq etdiyi orkestr konsertlərinin aranjmanı ilə bu məqsədi həyata keçirməyə
başlayan Karl Tauziq də mənimlə yaxınlaşmışdı. O, məni 1853-cü ildə Bazeldəki
görüşdən tanıdığım və indi Vyanaya gətirilmiş Pyotr Korneliusla görüşdürdü.
Hər ikisi o dövrlərdə Bülovun aranjmanı ilə təzəcə çıxmış “Tristan” Klaviraussu-
qu ilə maraqlanırdılar. Tauziqin Bezendorfun royalı ilə təchiz etdiyi mehmanxana
nömrəmdən günlərlə musiqi səsləri yayılırdı. Dostlarım “Tristan”ın məşqlərini
başlamağa hazır idilər. Məni “Tristan”ı əvvəlcə burada səhnələşdirməyə razı
salmaq istəyirdilər. Vyananı tərk edərkən söz verdim ki, bir neçə ay sonra qayı-
dıb operanın öyrənilməsinə başlayacağam. Böyük Baden hersoquna planlarımın
dəyişdiyini xəbər verməyə utanırdım. Ona görə ağlıma gələn kiçik bir fikirdən
qarmaq düzəldib onun vasitəsilə
Karlsrue
yə gəlişimi gecikdirmək qərarına gəldim.
Səfərimlə doğum günüm üst-üstə düşdü və mən yeni yaşımı Sürixdə qeyd etmək
qərarına gəldim. Münhendən keçib birbaşa Vintertura yollandım. Orada Zultserlə
görüşməyə ümid edirdim. Təəssüf ki, onu tapmadım. Yalnız mənə çox nəzakətli
davranan həyat yoldaşı və diqqətimi cəlb edən oğlu ilə qarşılaşdım. Özünü
səhəri gün mayın 22-də Sürixdə görə bildim. Həmin günün qalan hissəsini qa-
ranlıq otel otağında Hötenin “
Wanderjahre”
sini oxuyaraq keçirdim və ilk dəfə bu
heyrətamiz əsəri tam anladığımı hiss etdim. Usta köməkçilərinin vəhşi lirizmlə