Rixard Vaqner
Mənim həyatım
564
dolu özünəməxsus çıxışı məni şairin ruhu ilə doğmalaşdırdı. Sürixə növbəti gün
gəldim. Gözəl hava məni köhnə tanış yollarla Vezendonkların mülkünədək uzun
gəzinti etməyə həvəsləndirdi. Evin sakinlərinin vərdişləri barədə məlumat top-
layıb öyrəndim ki, bu vaxtlarda Vezendonk adətən yemək otağına düşüb səhər
yeməyini tənhalıqda yeyir. Otağın bir küncündə oturub gözləməyə başladım. Uzun
ayaqlı, safqəlbli Vezendonk tezliklə aşağı düşüb sakitcə qəhvəsini içməyə başladı.
Məni görəndə isə çox təəccübləndi. Gün çox uğurlu keçdi. Zultser, Semper, Her-
veq, hətta Qotfrid Keller çağırılmışdı. Məhrəm ab-havada uğurla başa vurduğum
sürprizdən zövq alırdım. Dostlarım taleyimi böyük həyəcanla müzakirə edirdilər.
143
Növbəti gün
Karlsrue
yə tələsdim. Böyük hersoq xəbərimi təqdiredici
təvəccöhlə dinlədi. Həqiqəti gizlətmədən ifaçılar üçün məzuniyyət xahişimin
rədd edildiyini və
Karlsrue
də nəzərdə tutulan tamaşanın qeyri-mümkünlüyünü
bildirmişdim. Eduard Devrien hadisələrin bu cür gedişatına heç təəssüflənmədi.
O, gizlətmədiyi məmnunluqla Vyanada məni parlaq gələcəyin gözlədiyini bildir-
di. Burada məni hələ Vyanada olarkən Listlə görüşmək üçün Parisə yola düşməyə
qərar verən Tauziq yaxaladı.
Karlsrue
dən səyahətimizə birlikdə davam etdik. Yo-
lüstü Strasburqdan da keçdik.
Parisdə evimin və təsərrüfatımın ləğv ərəfəsində olduğunu gördüm. İndi
köçməkvə istənilənperspektivlərdənməhrumgələcəyimizi təminetməküçünmad-
di vəsait tapmalı idik. Minnanın əlinə təsərrüfat bacarıqlarını nümayiş etdirmək
üçün fürsət düşmüşdü. Özünün köhnə məcrasına qayıtmış List hətta qızı Blandina
ilə belə ekipajda iki səfərarası dar macalda söhbət etməyə zorla vaxt tapmışdı, bu-
nunla belə, o, ürəyiyumşaqlığından mənim evimə “bifşteks” yeməyə qonaq gəldi.
Bir dəfə o bütün axşamı mənə ayırdı və bununla da bəzi xırda öhdəliklərimi yerinə
yetirməyə imkan verdi. List keçmiş ağrılı həyatımın dostları qarşısında royalda
ifa etdi. Yaxınlarda Listin fantaziyasını mənim üçün heyrətamiz şəkildə ifa edən
yazıq Tauziq, List təsadüfən eyni əsəri ifa edərkən özünü bu nəhəng qarşısında
tamamilə məhv olmuş, gücsüz hiss etmişdi. Bundan başqa, biz Qunonun evində
çox darıxdırıcı keçən səhər yeməyinə yığışmışdıq. Bu süfrəyə yalnız Bodlerin par-
laq zəkası canlılıq gətirmişdi. “
Crible de dettes”,
yazıq, günü keçirmək üçün eks-
travaqant vasitələr düşünməyə məcbur qalmışdı. O, dəfələrlə mənim şöhrətimin
məlum iflasından istifadə etmək məqsədilə inanılmaz təkliflər etmişdi. Onların
heç birini qəbul edəcək halda olmasam da, bu dahi adamı Listin yanında, onun
qartal qanadlarının müdafiəsi altında görmək xoş idi. List onun üçün karyera qur-
maq imkanı verəcək hər yerə özü ilə aparırdı. Bunun nə qədər kömək etdiyini