565
Rixard Vaqner
Mənim həyatım
deyə bilməyəcəm. Bircə onu bilirəm ki, bundan bir qədər sonra, fikrimcə, o heç də
ürəkaçıcı olmayan həyat şərtləri altında dünyasını dəyişdi.
144
Bu səhər yeməyindən sonra mən Listlə bir daha Avstriya səfirliyinin ver-
diyi ziyafətdə görüşdüm. Dostum fürsətdən istifadə edib knyaginya Metternixə
mənə simpatiya duyduğunu bildirmək üçün royalda “Loenqrin”dən bir neçə par-
ça ifa etdi. O mənim iştirakım olmadan Tüilri sarayına dəvət olunmuşdu. Son-
ra List imperator Napoleonla “Tanhauzer”in Parisdə səhnələşdirilməsi barədə
söhbətlərinin məzmununu danışdı. Bu söhbətin nəticəsində məlum olmuşdu ki,
əsərim Böyük opera üçün uyğun deyil. Listin bu barədə Lamartinlə danışıb-da-
nışmadığını bilmirəm. Bircə bilirəm ki, köhnə dostu onu bir neçə dəfə bizim görü-
şümüzü təşkil etmək fikrindən daşındırıb. Əvvəllər mənim yanımda olan Tauziq,
nəhayət, müəllimindən ənənəvi asılılığına təslim oldu və Listlə birlikdə Brüsselə
xanım Stritlə görüşə yollanaraq gözdən tamamilə itdi.
İndi mən Parisdən getməyi daha çox arzulayırıdm. Qapıçıya yüz frank verib,
mənzildən çıxdım, onu yenidən kirayə verdilər. İndi yalnız himayədarlarımın atdı-
ğı praktiki addımların nəticələri barədə xəbər gözləməli idim. Bu halda məsələnin
həllini tezləşdirmək üçün heç nə edə bilmədiyimdən çıxılmaz vəziyyətimin
müddəti ən xoşagəlməz şəkildə uzanırdı. Lakin məni ağır fikirlərdən ayıran xoş
epizodlar da kifayət qədər idi. Məsələn, Meyerberin elə də gənc olmayan qo-
humu freyleyn Ebertinin yanında qəribə mövqe qazanmışdım. “Tanhauzer”in
səhnələşdirildiyi iyrənc günlərdə o, taleyimdə coşğun iştirakını nümayiş etdir-
mişdi. İndi bu qadın hər vəchlə məni daha çox əyləndirməyə çalışırdı. Belə ki, o,
günlərin birində Bulon meşəsinin möhtəşəm restoranında mənimlə hələ də canı-
mızı qurtara bilmədiyimiz Kitts üçün çox gözəl bir nahar təşkil etmişdi. Əvvəllər
Tanhauzer”ə görə bir neçə dəfə təmasda olduğum Fləkslənd ailəsi də məni
məmnun etməyə çalışırdı. Əgər bura kənar niyyətlər qarışmasaydı, xüsusilə şad
olardım.
İstənilən halda, Parisdən getməklə bağlı qəti qərar vermişdik. Minna ötənilki
müalicə kursunu təkrarlamaq üçün Sodenə, oradan da Drezdenə, köhnə tanış-
larının yanına getməyi nəzərdə tutmuşdu. Mənsə özümü Vyanaya “Tristan”ın
məşqlərinə çatdırmalı idim. Ev əşyalarını bir anbarda saxlamaq qərarına gəldik.
Bir yandan ləngiyən gedişimiz, digər yandan isə itimiz Fipslə dəmiryolu ilə səfərin
etməyin çətinlikləri barədə düşünürdük. Bir dəfə – iyunun 22-də – həyat yoldaşım
gəzintidən evə ölümcül xəstələnmiş itlə qayıtmışdı. Minnanın danışdıqlarından
məlum oldu ki, heyvan küçəyə səpilmiş zəhərdən udub. İt dəhşətli vəziyyətdə