Rixard Vaqner
Mənim həyatım
566
idi: üst-başında yara izi olmasa da, elə ağır nəfəs alırdı ki, ciyərlərinin güclü zərər
çəkdiyini anlamaq olardı. O, ilk anda ağrının verdiyi məyusluqla Minnanın do-
dağından dişləmişdi. Dərhal həkim çağırtdırdım. Bu, quduzluqla bağlı qorxuları-
mıza son qoydu. Lakin yazıq heyvana heç cür kömək etmək mümkün deyildi. O,
getdikcə daha ağır və fasilələrlə nəfəs alaraq qıvrılırdı. İt axşam saat 11 radələrində
Minanın çarpayısının altında yuxuya getdi. Lakin onu oradan çıxaranda məlum
oldu ki, heyvan çoxdan ölüb. Minna ilə bir kəlmə də kəsmədik. Ev heyvanları
uşaqsız ailə həyatımızda həmişə mühüm rol oynayırdılar. Şən, mehriban itimizin
qəfil ölümü evliliyimizə son çatın düşməsinə təkan verdi – artıq o, çoxdan bizim
üçün dözülməz olmuşdu. Hələlik isə, əsas qayğım Fipsin leşini ənənəvi taledən –
küçəyə atılıb səhər tezdən süpürgəçilər tərəfindən yığışdırılmaqdan qorumaq idi.
Evimizin yaxınlığında
rue de la tour des dames-
də Ştürmerin evinin arxasında kiçik
bağça var idi. Fipsi orada basdırmaq qərarına gəldim. Qapıçı ilə birgə kolların ara-
sında mümkün qədər dərin quyu qazıb zavallı iti orada basdırmaq üçün təsərrüfatı
idarə edən qadına (
ev sahibi səfərdə idi)
çox dil tökməli oldum. Kədərli prosedur
yerinə yetirilmişdi. Bütün izləri gizlətməyə çalışaraq qəbrin üstünü yaxşıca ört-
düm. Bilirdim ki, Ştürmer bağında it leşinin basdırılmasına etirazını bildirəcək və
onu qazıb çıxarmağı əmr edəcək. Yeni bədbəxtliyin qarşısını almaq istəyirdim.
145
Nəhayət, qraf Qatsfeld mehriban şəkildə mənə xəbər verdi ki, adlarının
naməlum qalmasını istəyən, vəziyyətimə mərhəmət göstərən dostlarım və mu-
siqimin pərəstişkarları başımın üstünü alan çətinliklərdən qurtulmağım üçün
birləşib məni vəsaitlə təmin etmək qərarına gəliblər. Bu cür yardıma görə yal-
nız himayədarım knyaginya Metternixə
təşəkkürümü bildirməyi lazım bildim
və Paris təsərrüfatını tamamilə ləğv etmək üçün işə qoşuldum. Bütün əziyyətlər
bitəndən sonra Minnanın müalicə üçün Almaniyaya yola düşməyi vacib idi.
Mənim səfərimin yeganə məqsədi isə Veymarda Listi ziyarət etmək idi. Avqustda
orada Listin kompozisiyalarının vida ifası ilə keçəcək musiqi bayramı baş tutmalı
idi. Eyni zamanda digər operalarımı da fransız dilində nəşr etməyə qərar verən
Fləkslənd istəyirdi ki, dostum Trüine ilə birğə “Uçan hollandiyalı”ın tərcüməsini
hazırlayanadək Parisdə qalam. Bu, əlavə bir neçə həftə tələb edirdi. Lakin tamam
boşalmış mənzilimizdə qala bilməzdim. Bundan xəbər tutan qraf Purtales həmin
vaxt ərzində Prussiya səfirliyində yerləşməyi təklif etdi. Bu, özümə münasibətdə
heç vaxt qarşılaşmadığım və böyük minnətdarlıqla qəbul etdiyim müstəsna lütf-
karlıq idi. İyulun 12-də Minnanı dəmir yolu vağzalına ötürdüm və həmin gün
səfirliyin binasına köçdüm. Orada mənə bağa çıxan rahat otaq ayırmışdılar. Ota-