567
Rixard Vaqner
Mənim həyatım
ğımdan Tüilri sarayı görünürdü. Bağın hovuzunda dalğın maraq duyduğum iki
qara qu üzürdü. Gənc Qatsfeld himayədarlarımın adından bir şeyə ehtiyacım olub-
olmadığını öyrənmək üçün məni ziyarət edəndə uzun müddətdən sonra ilk dəfə
mülkiyyətimin olmamasının, adətən möhkəmlənmiş həyat quruluşu hesab edilən
hər şeydən tam azad olmağın verdiyi güclü həyəcan və dərin rifah hiss etdim.
Digər mebellərlə birlikdə anbara göndərmədiyim royalı da bura gətirmək
üçün izn istədim və onlar mənə belyetajda gözəl bir otaq ayırdılar. Səhərlər “Uçan
hollandiyalı”ın tərcüməsi üzərində işləyir və iki musiqili “Albumblatter” yazır-
dım. Onlardan biri knyaginya Metternix üçün nəzərdə tutulmuşdu və çoxdan ru-
humda səslənən motiv əsasında yazılmışdı. Onu sonralar nəşr etdilər. İkincisi isə
qrafinya Purtales üçün nəzərtə tutulmuşdu. Lakin o, it-bata düşdü. Qonaqpərvər
ev sahibinin ailəsi ilə ünsiyyət mənə dincliklə yanaşı, dərin məmnunluq da bəxş
edirdi. Biz tez-tez birlikdə nahar edirdik və çox zaman bu sadə ailə naharları əsl
diplomatik” ziyafətə çevrilirdi.
Burada qrafinya Purtalesin atası, Prussiyanın keçmiş naziri Betman-Qolveqlə
tanış olmuşdum. Onunla söhbət zamanı incəsənətin hökumətə münasibəti barədə
fikirlərimi təfərrüatı ilə ifadə etdim. Lakin fikirlərimi nazirə təzəcə başa salmış-
dım ki, dərhal incəsənəti əyləncə sahəsinə aid etdiyindən hazırkı hökumət rəhbəri
ilə bu zəmində razılığa gəlməyin qeyri-mümkünlüyü söylədi. Qraf Qatsfelddən
başqa bu ailə yığıncaqlarına həmçinin iki digər attaşe – knyaz Reys və qraf Den-
qof da gəlirdi. Birinci, sanki səfirliyin qabaqcıl siyasətçisi idi. Onun mənə sarayda
göstərdiyi əhəmiyyətli və çevik yardımlar etməsi barədə çox eşitmişdim. İkinci
isə sifət ifadəsi, mehriban, səmimi rəftarı, üzügülərliyi ilə mənə xoş təsir bağışla-
mışdı. İndi knyaz və knyaginya Metternixlərlə də görüşməli olurdum. Qarşılıqlı
münasibətlərimizdəmüəyyən sıxıntı yarandığı gözümdənqaçmamışdı. Knyaginya
Tanhauzer”in taleyində dəyərli iştirakı ilə həm mətbuat tərəfdən kobud hücum-
ları üzərinə cəlb etmiş, həm də bir müddət sözdə yüksək cəmiyyətin cəngavərlərə
yaraşmayan, kinli münasibətinə dözməli olmuşdu. Əri baş verənlərə sakit yanaşsa
da, şübhəsiz, xoşagəlməz anlar yaşamışdı. Musiqimə bəslədiyi səmimi simpatiya-
nın knyaginyanı bütün dözdüklərinə görə nə dərəcədə mükafatlandırdığını təyin
etmək çətin idi. Lütfkar ev sahibləri ilə keçirdiyim axşamlar Şopenhauer barədə
danışmaq fürsətim olmuşdu. Böyük ziyafət axşamlarının birində məstedici an-
lar yaşamışdıım. Burada, şübhəsiz, mənə rəğbət bəsləyən dostların əhatəsində
əsərlərimdən çoxlu hissələr ifa olunmuşdu. Sen-Sans royal arxasına keçmişdi, ne-
apolitan knyaginyası Kampo-Reale isə istedadlı musiqiçinin müşayiəti ilə İzolda-
nın son səhnəsini ifa etmiş, məni gözəl alman tələffüzü və intonasiyanın qeyri-adi
dəqiqliyi ilə heyrətləndirmişdi.