Rixard Vaqner
Mənim həyatım
568
146
Üç həftə ərzində xoş istirahət keçirdim. Qraf Purtales Almaniyaya nəzərdə
tutulan səfər üçün mənə Prussiyanın aristokratik nazirlik pasportu hazırlamış-
dı. Belə ki, onun Saksoniya pasportu əldə etmək cəhdləri Zebaxın qorxaqlığına
dəyib çilik-çilik olmuşdu. Sonuncu məhrəm axşamı Parisi həmişəlik tərk etdiyimi
düşünərək əndişə keçirdiyim günlərdə sədaqət nümayiş etdirən azsaylı fransız
dostlarımla birgə keçirmək istəyirdim. Biz Qasperini, Şanfleri və Tüirine ilə
rue
Lafitte
dəki kafedə görüşüb gecəyarısınadək söhbət etdik.
Fauhourf St. Germain-
dəki mənzilimə yola düşmək üçün ayağa qalxanda uzaq Monmartrda yaşayan
Şanfleri məni evədək ötürmək istədiyini bildirdi. Axı bizim bir də görüşüb-
görüşməyəcəyimiz məlum deyildi. Parisin boş küçələrinin parlaq ay işığındakı
mənzərəsi mənə böyük zövq verirdi. Yalnız əsasən
rue Richelieu
da evlərin yüksək
divarlarını örtən ticari firmaların nəhəng löhvələri, sanki, gecənin səssizliyinə gün-
düz səs-küyünün əks-sədasını gətirirdi. Şanfleri qəlyan çəkir və fransız siyasəti
barədə söhbətlərlə başımı qatırdı. Atası köhnə bonapartçı idi.Səfirliyin qarşısında
Şanfleri ilə riqqətli şəkildə sağollaşdıq.
İndiyə qədər adını çəkmədiyim gənc fransız dostumla da belə vidalaşma
yaşadım. Hələ Parisdəki çıxışımın əvvəllərində Ollivye yanıma Qustav Dore
adlı bir nəfəri göndərmişdi. Bu adam mənim orkestrə dirijorluq edərkən qeyri-
adi rəsmimi çəkmək niyyətində idi. Bu niyyət naməlum səbəblərdən – bəlkə də,
özüm bu fikrə maraqla yanaşmadığım üçün – yerinə yetirilmədi. Lakin Dore mənə
rəğbət göstərməyə davam edirdi və indi o mənə qarşı ədalətsizliyə heyrətlənib
dostluqlarını hər cür yolla sübut etməyə çalışanların arasında idi. Bu fövqəladə
dərəcədə məhsuldar adam yaratdığı çoxsaylı illüstrasiyalarla yanaşı “Nibelunq-
lar” üçün də rəsmlər çəkmək istəyirdi. Bunun üçün onu mifoloji silsilə konsepsi-
yamla tanış etmək istədim. Lakin bu, çox çətin iş imiş. O, alman dilini çox yaxşı
bilən və alman ədəbiyyatı üzrə istiqamətlənmiş bir dostunun olduğunu iddia etdi,
buna görə “Reyn qızılı”nın təzəcə çapdan çıxmış klaviraustsuqunu ona hədiyyə
etməkdə bir qəbahət görmədim. Mətni əlimdə olan material üzərində işləyərkən
rəhbər tutduğum prinsipləri daha yaxşı anlamaqda ona kömək olardı. Bununla da
Dante illüstrasiyalarının yenicə nəşr olunmuş nüsxəsinə görə ona minnətdarlığımı
bildirdim.
Çətinliklərlə dolu Paris təşəbbüslərimin yeganə nəticəsi kimi, xüsusilə
dəyərli olan xoş təəssüratlarla avqustun əvvəlində prussiyalı dostlarımın xeyir-
xah sığınacağını tərk etdim. Kölndən keçib Sodenə yola düşdüm. Burada Min-
nanı Matilda Şiffnerin yanında tapdım, arvadım ona üzərində ürəyi istədiyi
qədər tiranlıq etmək üçün ehtiyac duyurdu. İki həddən artıq ağır günü, zaval-