569
Rixard Vaqner
Mənim həyatım
lı qadını Drezdenə köçməyə razı salmağa çalışaraq keçirdim. Özüm isə hələ ora
yola düşə bilmirdim. Çünki əvvəlcə Almaniyada, ən əsası da, Vyanada nəzərdə
tutduğum təşəbbüslərimlə bağlı yeni bazanın yaranmasının qeydinə qalma-
lı idim. Minna məxsusi məmnunluqla rəfiqəsinə baxaraq məqsədimi və ona hər
il 1000 taler göndərmək vədimi dinlədi. Bu, ömrünün sonunadək onun üçün
münasibətlərimizin norması olaraq qaldı. Minna məni Frankfurtadək yola saldı.
Sağollaşıb oradan Veymara getdim. Bundan bir qədər əvvəl Frankfurtda Şopenha-
uer dünyasını dəyişmişdi.