Rixard Vaqner
Mənim həyatım
572
1
Mən yenidən Türingiyadan Vartburq qəsrinin yanından keçməli oldum.
Onu görmək və ziyarət etmək qəribə şəkildə Almaniyanı tərk etmək və ya ora qa-
yıtmaqla əlaqəli idi. Gecə saat ikidə Veymara çatdım və növbəti gün List məni Al-
tenburq qəsrində hazırlanmış otağa apardı. Dostum, şahzadə Mariyanın otağının
mənim üçün ayrıldığını məxsusi vurğulayırdı. Onsuz da bu dəfə xanımlardan heç
biri orada yox idi: knyaginya Karolina hazırda Romada idi, onun knyaz Konstan-
tin Qogenloeyə ərə gedən qızı isə Vyanada yaşayırdı. Yalnız qonaqların qəbulunda
Listə kömək göstərmək üçün Mariyanın tərbiyəçisi miss Anderson burada qal-
mışdı. Ümumiyyətlə, qəsri möhürləməyə hazırlaşırdılar. Bu məqsədlə, həmçinin
mülkiyyətin inventarını qəbul etmək üçün Vyanadan Listin gənc əmisi Eduard da
gəlmişdi. Qəsrdə böyük canlılıq hökm sürürdü. Belə ki, gözlənilən bayrama bir
çox musiqiçi axın etmişdi və List onların böyük hissəsini qonaq saxlayırdı. Bun-
ların arasında Bülov və Korneliusu qeyd etmək lazımdır. Onların hamısının, hər
şeydən əvvəl, Listin özünün sadə yol papağı geyinməsi məni təəccübləndirmişdi.
Bu, Veymara həsr olunan böyük musiqi bayramının sadəliyindən xəbər verir-
di. Üst mərtəbədə bir qədər təntənəli surətdə Frans Brendellə həyat yoldaşı
yerləşdirilmişdi. Ev musiqiçilərlə dolub-daşırdı. Onların arasında köhnə tanışım
Drezekeni, Listin bir vaxtlar Sürixdə yanıma yönəltdiyi Veysgeymer adlı gənci
də görmüşdüm. Tauziq də gəlmişdi. Lakin çox vaxt bizim mühitimizdən kənar
gəzirdi. Başı gənc bir xanımla sevgi məsələsinə qarışmışdı. List qısa gəzintilər üçün