573
Rixard Vaqner
Mənim həyatım
Emiliya Genastı mənə yol yoldaşı təyin etmişdi və o, çox ağıllı xanım olduğndan
şikayətlənməyə əsasım yox idi. Həmçinin skripkaçı və musiqiçi Damroşla tanış ol-
muşdum. Listlə yola getmədiyini öyrənsəm də, köhnə dostum Alvina Fromman-
la görüş də mənə hədsiz zövq verdi. Lakin Blandina ilə Ollivye Parisdən mənim
yanımda yerləşmək üçün Altenburqa gələndə burada keçirdiyim bəxtiyar günlər
qəribə, həyəcanlı bir sevinc xarakteri daşımağa başladı. Bülov hamıdan şən idi.
O, Listin “Faust” simfoniyasının ifasına dirijorluq edəcəkdi. Bu gəncin fövqəladə
həyat qüvvəsi və enerjisi vardı. O, əzbər bildiyi partituranı Almaniya musiqi dün-
yasının o qədər də güclü olmayan musiqiçilərindən ibarət orkestrlə heyrətamiz
dəqiqlik, incəlik və ehtirasla ifa etmişdi. Bu simfoniyadan sonra ifa olunan
əsərlərdən ən uğurlusu “Prometey” musiqisi idi. Lakin Emiliya Genastın ifasında
Bülovun “
Die Entsagende”
nəğmələri mənə xüsusilə sarsıdıcı təsir göstərdi. Proq-
ramın qalan hissəsi, həmçinin Veysgeymerin “
Das grab im Busento”
su bir o qədər
də təsəlliverici deyildi. Drezekenin alman marşı isə hətta böyük problemlərə səbəb
olmuşdu. List əslində çox istedadlı adamın tələskənliklə bəstələnmiş qəribə kom-
pozisiyasına cəlbedici ehtirasla himayədarlıq edirdi. O, marşın Bülovun idarəsi
altında keçməyində inad göstərirdi. Hans razılaşdı və marşı da əzbərdən idarə
etdi. Lakin bu inanılmaz nümayişə bəhanə oldu. Drezekenin marşının ifası zamanı
List liter lojada göründü: o, adətən əsərini heyranlıqla qarşılayan auditoriya qar-
şısına çıxmazdı. List əllərini irəli uzadıb, yüksək səslə “bravo” qışqıraraq himayə
etdiyi şəxsin əsərini alqışlayırdı. Auditoriya isə əsəri çox laqeyd qəbul etmişdi. Əsl
burulğan qopdu və List qəzəbdən qızarmış sifətlə hamıya qarşı tək qaldı. Yanaşı
oturduğum Blandina da mənim kimi atasının cəlbedici davranışından məyus ol-
muşdu. Hər şey sakitləşənədək xeyli vaxt keçdi. Listdən izahat almaq mümkün
deyildi. Yalnız bu marşa layiq olmayan auditoriyaya qəzəb və nifrət qarışıq qı-
naqlar səslənirdi. Digər tərəfdən, öyrənmişdim ki, hər şey Veymar tamaşaçıların-
dan intiqam almaq üçün təşkil olunub. Lakin bu dəfə onlar teatra gəlməmişdilər.
Dostum bir müddət əvvəl şəxsi dirijorluğu ilə “Bağdad bərbəri” operasını nüma-
yiş etdirdiyi Korneliusun qisasını alırdı: tamaşa zalda fitə basılmışdı. Bu günlərdə
Listin başqa çətinliklərinin olduğunu da sezmişdim. Özü etiraf etmişdi ki, böyük
Veymar hersoqunu mənə müəyyən diqqət göstərməsi üçün həvəsləndirməyə çalı-
şaraq, ikimizi birlikdə nahar süfrəsində görmək istəyirdi. Lakin o, Saksoniya kralı
tərəfindən əfv edilməmiş siyasi mühaciri qəbul etməkdə tərəddüd yaşayırdı, bu
səbəbdən, List mənimçün, heç olmasa, “Bəyaz şahin” ordenini əldə etməyə ümid
bəsləyirdi. Lakin bu istəyinə də rədd cavabı almışdı. Saraydakı səyləri uğursuzlu-
ğa düçar olduqdan sonra o düşünmüşdü ki, xalq mənim bayramda iştirakımı nə
iləsə qeyd etməlidir. Şərəfimə məşəl yürüşü keçirmək qərarına gəlmişdilər. Bunu
eşidib nəzərdə tutulan planı pozmaq üçün əlimdən gələni etdim və istədiyimə
nail oldum. Lakin iş alqışsız ötüşmədi. Bir səhər iyenalı ədliyə məsləhətçisi Gille