Rixard Vaqner
Mənim həyatım
574
pəncərəmin altında altı tələbə ilə birgə ifaçılıq cəmiyyətinin gözəl nəğmələrindən
birini ifa etmişdi. Onlara səmimi qəlbdən minnətdarlığımı bildirdim. Bundan baş-
qa, bütün musiqiçilərin, həmçinin, Blandina ilə Ollivyenin arasında əyləşdiyim bö-
yük təntənəli nahar da şərəfimə səslənən alqışlarla əlamətdar oldu. Məni sürgün
dövründə Almaniyada “Tanhauzer” və “Loenqrin” sayəsində sevgi və məşhurluq
qazanan bəstəkar kimi salamlayırdılar. List böyük enerji ilə dolu bir neçə söz dedi.
Lakin özüm də xüsusi natiqə kifayət qədər müfəssəl nitqlə cavab verməli oldum.
Listin seçilmiş qonaqlar üçün təşkil etdiyi kiçik naharlar çox rahat keçirdi. Onların
birində Altenburqda olmayan ev sahibəsini xatırladım. Bir dəfə isə süfrə bağda sa-
lınmışdı və mən Ollivye ilə Alvina Frommanı nahar vaxtı ağıllı söhbətlər edərkən
görməyin məmnunluğunu yaşamışdım. Sonuncu, artıq Listlə barışmışdı.
2
Beləcə, bir həftə müxtəlif əyləncələrlə keçdi. Hamı üçün ayrılıq vaxtı çatdı.
Xoşbəxtlikdən, çoxdan qərarlaşdırdığım Vyana səfərimin böyük hissəsini Blandi-
na və Ollivye ilə başa vurmalı oldum. Onlar Reyhenqalledə müalicə kursu alan
Kozimanı ziyarət etməyi düşünürdülər. Vağzalda Listlə sağollaşarkən Bülovu xa-
tırladıq. O, ötən bayram günlərində, fərqli iz qoyaraq getmişdi. Mən yalnız za-
rafatla onun Kozima ilə evlənməyinə gərək olmadığını qeyd etmişdim. List isə
yüngülcə baş əyərək cavab vermişdi: “Hə, bu, dəbdəbə idi”.
Yol boyu bizi, əsasən də Blandina ilə məni tədricən artan qarşısıalınmaz
şənlik bürüdü. Hər dəfə qəhqəhə qopanda Ollivye soruşurdu: “Bu nədir?“. O,
ikimizin də zarafatlaşaraq almanca danışmağımıza səbirlə dözməli oldu. Lakin
xanımın qidasının əsas elementlərini təşkil edən
Tonika çiy vetçinaya qarşı
haq-
qında davamlı suallarına fransız dilində cavab verirdik. Gecələməli olduğumuz
Nünberqə gec çatdıq. Böyük çətinliklə, uzun müddət gözlədikdən sonra mehman-
xananın qapılarını üzümüzə açdılar. Qoca və kök mehmanxana sahibi gec olsa da,
otaqla bağlı xahişimizi yerə salmadı. Lakin onu yerinə yetirmək üçün uzunmüddətli
tərəddüdlərdən sonra bizi dəhlizdə gözlədərək evin arxa dəhlizinə keçdi və qapı-
ların birində yaltaqlanan ürəksiz səslə çağırdı: “Marqarita”. Bu adı bir neçə dəfə
təkrarlayıb qonaqların gəldiyini əlavə etdi. Cavabında lənət yağdıran qadın səsi
eşidildi. Uzun və israrlı xahişlərdən sonra Marqarita gəldi. Sahibkarla müəmmalı
söhbətlərdən sonra müvafiq otaqlara işarə etdi. Lakin ən məzəlisi o idi ki, sahib-
kar və xidmətçi yaxşıca boğmağa çalışdığımız gülüşləri sezmirdilər. Növbəti gün
şəhərin görməli yerlərinə baş çəkdik. Almaniya muzeyi o vaxtkı yoxsulluğu ilə
fransız dostumun ikrahını qazanmışdı. Mismarlarla dolu qutunun seçildiyi böyük
işgəncə alətləri kolleksiyası Blandinada nifrət qarışıq mərhəmət duyğusu oyatmışdı.