577
Rixard Vaqner
Mənim həyatım
Ailəsi artıq yay üçün Zalsburqa köçmüşdü. Kolaçek vəziyyətdən xəbərdar edil-
di, əşyalarımı bura gətirdim və bir neçə gün Ştandqartnerin qonaqpərvərliyindən
zövq aldım. Onunla söhbətlərdən sonra qarşımda dayanan növbəti çətinliklər
aydınlaşdı. “Tristan və İzolda”nın ötən bahar bu vaxta (
Vyanaya avqustun 14-də
gəlmişdim
)
təyin olunmuş məşqləri Anderin boğazı ağrıdığından qeyri-müəyyən
vaxta təxirə salınmışdı. Bu xəbəri eşidən kimi Vyanada qalmağımı mənasız he-
sab etdim. Lakin məsələ burasında idi ki, heç kəs hara yollanacağımı və qüvvəmi
məqsədyönlü şəkildə nəyə sərf edəcəyimi məsləhət görə bilməzdi.
5
Yalnız indi vəziyyətimin ümidsizliyini anlamışdım: mənə elə gəlirdi ki, bü-
tün dünya məni tərk edib. Əgər bir neçə il əvvəl bu vəziyyətə düşəndə Veymarda
Listin yanında sığınacaq tapıb pis dövrün keçməsini gözləyə bilərdimsə, indi bu,
mümkün deyildi: Almaniyaya gələndə onun evini tamamilə möhürləməyə ha-
zırlaşdıqlarına əmin olmuşdum. Beləliklə, sığınacaq tapmalı idim. Bu yaxınlarda
məni mehribanlıqla qarşılayan böyük Baden hersoquna müraciət etdim. Bəlağətli
bir məktubla vəziyyətimi başa saldım və inandırdım ki, indi mənim üçün əsas
olan sadə sığınacaqdır. Bunu
Karlsrue
də, onun yaxud ətrafında axtarmağına izn
verməyini, həmçinin 1200 taler təqaüd təyin etməyini xahiş etdim. Hersoqun özü-
nün yazmadığı, yalnız imzasını atdığı cavabı alanda təəccübümün həddi-hüdudu
yox idi. Cavabda deyilirdi ki, xahişimin yerinə yetirilməsi oradakı işləri qarışdırar,
şübhəsiz, teatrın müdiri köhnə dostum, işlərini vicdanla yerinə yetirən Eduard Dev-
rienin çaşqınlığına səbəb olardı. Böyük hersoq belə hallarda “məhkəmə qurmalı”
və yəqin ki, nəticənin xeyrimə olmayacağını nəzərə alıb, məntiqlə, xahişimi yerinə
yetirməkdən imtina etməli idi. Parisi tərk edərkən knyaginyaMetternix ehtiyaclarımı
əvvəlcədən hiss edib, Vyanada yaşayan qraf Nakonun ailəsini işarə vermiş, xüsusilə
qrafinya haqqında ən səmimi ifadələrlə çoxmənalı fikir söyləmişdi. Ştandqartnerin
mənzilində yaşadığım azsaylı günlər ərzində o məni dostları arasında Rudi kimi
tanınan Rudolf Lixteynşteyn adlı gənc knyazla tanış etmişdi. Dost münasibətlərində
olduğu həkimi onu mənim üçün ən cəlbedici cizgilərlə təsvir etdi və musiqimin coş-
ğun pərəstişkarı kimi səciyyələndirdi. Ştandqartnerin ailəsindən ayrılandan sonra
knyazla tez-tez “
Erzherzog Karl
otelinin restoranında görüşürdük. Bir dəfə Vya-
nadan çox uzaqda yerləşən Şvarsaudakı mülkündə qraf Nakonu birlikdə ziyarət
etmək üçün sözləşdik. Bir hissəsini dəmiryolu ilə başa vurduğumuz səyahəti knya-
zın gənc xanımı ilə xoş ünsiyyətdə keçirdik. Şvarsauya çatanda onlar məni qraf və
qrafinya Nakolara təqdim etdilər. Qraf yaraşıqlı görkəmi ilə seçilirdi, qrafinya isə
bir növ sonradan mədəniləşmiş qaraçıya bənzəyirdi. Onun rəssamlığa olan iste-